Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putin ölübmü və onu kim əvəz edəcək? –Qərb bu suallara cavab axtarır

 

Müxtəlif sosial şəbəkələrin Rusiya seqmentinə aid səhifələrində ölkə prezidenti Vladimir Putinin öldüyü barədə şayiələr dolaşır. 

Yenixeber.org: Məlumata görə, əsasən Telegram-ın General SVR (Генерал СВР) səhifəsinin israrla yaydığı bu spekulyativ iddialarda Putinin oxşarı tərəfindən ictimai məkanlarda “canlandırıldığı” vurğulanır. 


 

Maraqlıdır ki, iddialar nə qədər inandırıcı görünməsə də, Qərbin bir sıra nüfuzlu media qurumları artıq Putin sonrası dövrdə Rusiyaya kimin rəhbərlik edəcəyi barəsində baş sındırmağa başlayıblar. 

İngiltərənin “The Independent” qəzeti mövzu ilə əlaqədar dərc etdiyi məqalədə Putinin ehtimal olunan xəstəliklərinə diqqət çəkərək yazır: “Qalxanabənzər vəzi xərçəngi, Parkinson, cüzam və iflic... Bunlar Rusiya prezidenti Vladimir Putinin son illərdə məruz qaldığı, lakin hələ də sübuta yetirilə bilməyən xəstəliklərindən yalnız bir neçəsidir”.

 

Nəşr Putinin yataq otağında öldüyü barədə şayiələrin gəzdiyini xatırladaraq, onun ölümündən sonra yerinə kimin keçə biləcəyini Rusiya və təhlükəsizlik məsələləri üzrə ekspert Dr. Mark Qaleottinin köməkliyi ilə araşdırmağa çalışıb. Qəzet və həmsöhbəti  əsasən bir neçə şanslı namizəd üzərində dayanıb.

   “Mixail Mişustin

Putin ölərsə və ya qəfil istefa verərsə, Rusiya Federasiya Şurasının növbədənkənar prezident seçkiləri təyin etməsi üçün 14 gün vaxtı var.

Şura hərəkətə keçməsə, Mərkəzi Seçki Komissiyası bunu tələb edəcək və baş nazir Mixail Mişustin müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək.

Bununla belə, bəziləri Mişustinin Putinin yaxın ətrafı arasında populyar olmadığını nəzərə alaraq, bu vəzifə üçün daimi seçim olmayacağını düşünürlər.

BBC-yə görə, “İqtisadiyyatı xilas etmək” kimi çətin vəzifəsi olan Mişustin Rusiya-Ukrayna müharibəsində çox az rolu var.

Kremlə yaxın mənbələr iddia edirlər ki, Mişustin Putinin genişmiqyaslı işğal niyyətindən xəbərsiz olub.

 

Rusiyanın baş naziri Mixail Mişustin

The Independent-ə danışan Rusiya və təhlükəsizlik məsələləri üzrə ekspert Dr. Mark Qaleotti mövzu ilə bağlı bildirib:

“Konstitusiyaya görə, dövlət başçısı vəfat etdikdə və ya işindən kənarlaşdırıldıqda, baş nazir onun vəzifəsini öz üzərinə götürür. Bu, klassik texnokrat seçimidir. "Bunun mütləq baş verəcəyini təxmin etmək olardı, amma eyni boşluğu dolduracaq başqa namizədlər də var."

  Dmitri Medvedev

Putinin ən yaxın müttəfiqlərindən biri kimi tanınan Dmitri Medvedevin Rusiya prezidentinin potensial varislərindən biri olduğu düşünülür.

Medvedev 2008-2012-ci illərdə prezident olub.

Bir vaxtlar Qərb tərəfindən Kremldə “mötədil səs” kimi görünən Medvedev Ukrayna savaşında Putinin “pis polisi” kimi şöhrət qazanıb, ukraynalıları “tarakan” adlandırıb və nüvə silahı ilə bağlı getdikcə daha sərt təhdidlər səsləndirib.

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev

Keçmiş hüquq professoru Medvedev Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olana qədər 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb.

Lakin bu illər ərzində onun Putinin rəhbərliyi altındakı “itaətkar” rolunun onun Rusiya elitası arasında imicini möhkəmləndirmək qabiliyyətini zəiflətdiyinə inanılır.

   Sergey Kiriyenko 

Rəhbərlik kürsüsünə keçəcəyi ehtimal edilən digər adlar arasında 2016-cı ildən Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan və Putinin ən yaxın çevrəsində olduğu bilinən Sergey Kiriyenko da var.

 

Onun yeni ilhaq edilmiş Ukrayna ərazilərində iştirakı səbəbindən Putinlə gündəlik əlaqə saxladığı və Rusiyanın siyasi elitasının bütün əsas oyunçuları ilə yaxşı münasibətlər saxladığı anlaşılır.

Bununla belə, Dr. Qaleotti Kiriyenkonun “arxa otaq” operatoru (pərdəarxası işlər) kimi daha yaxşı işlədiyinə diqqət çəkərək onun Rusiya siyasətinin zirvəsinə çatmaq şansının çox olmadığına inanır.

    Sergey Şoyqu

Ukrayna müharibəsinin “çox uğurlu olmayan” gedişatını nəzərə alsaq, Rusiyanın ən nüfuzlu adamlarından biri olmasına baxmayaraq, Şoyqunun indi Putinin varisi elan ediləcəyi ehtimalı azdır.

Müdafiə naziri Şoyqunu bir vaxtlar “Putindən sonra ən populyar siyasətçi” adlandırırdılar.

Məlumdur ki, Şoyqu Putinə yaxındır və onlar yay tətilini tez-tez birlikdə keçirirlər.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu

Dr. Qaleotti Şoyqunun hakimiyyətə gəlməsi ehtimalı ilə bağlı bildirib:

“İşğaldan əvvəl mən mütləq Şoyqu deyərdim, amma indi işğalla onun reputasiyası zədələnib. O, hələ də nisbətən yüksək səviyyədə ictimai dəstək və etibara malikdir. O, pərdə arxasında fövqəladə iş görməyi bacaran insandır. Dövlət başçısı olmaq şans bitmiş ola bilər, lakin o, qərar qəbul edən şəxs kimi hələ də təsirli kadrdır”.

     Nikolay Patruşev

Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Putini KGB-da birgə işlədikləri vaxtdan tanıyır.

Patruşev həm 2014, həm də 2022-ci illərdə Ukraynanın işğalında əsas strateq olub.

71 yaşlı Patruşevin “Putinin sözünü eşitdiyi bir neçə şəxslərdən” olduğu bilinsə də, onun oğlu, kənd təsərrüfatı naziri Dmitrinin də Putinin potensial varisi olma ehtimalı var.

Putini əvəzləmək təklif edilən adlar arasında Moskva meri Sergey Sobyanin, onun keçmiş mühafizəçisi Aleksey Dyumin və Baş Qərargah rəisinin müavini Dmitri Kozak da var.

  

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev

Dr. Qaleotti həmçinin bildirib:

“Putindən sonra biz rus siyasi elitasının Ukraynadakı müharibəni və Qərblə kəskin münaqişəni dayandırmağa çalışacağını görəcəyik. Yəqin ki, Putin bütün bu səhvlərə görə günah keçisi olacaq”. (ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam