Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropanın Imtina Etdiyi Qazın Tək Ünvanı Var -ANALİZ

Ukrayna üzərindən Avropaya Rusiya qazının nəqli dayanıb
Yenixeber.org: Pekində işini başa çatdrıan “bir kəmər, bir yol” forumu ikili görüşlər və müxtəlif razılaşmalarla yadda qaldı. Buna baxmayaraq, əsas diqqət Rusiya prezidenti Vladimir Putinin Pekinə gəlişinə və verdiyi açıqlamalara yönəldi. Çünki Kreml sahibi Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana xarici ölkələrə səfər etmir. Vaşinqton Putinin Pekinə səfərini və verdiyi açılamaları Qərbə qarşı yönəldiyini bildirdi.

Pekindəki foruma Mərkəzi Asiya ölkələrinin bir qisminin lideri də qatılmışdı. Pekində Qazaxıstanın “QazaqGaz” şirkəti Çinin “PetroChina International” şirkəti ilə saziş imzalandı. Sazişə görə Qazaxıstan 2023-2026-cı illərdə Çinə qazın nəqlini artıracaq. Qazın həcmi barədə əlavə məlumat verilməyib. Qazaxıstan uzun illərdir Çinə qaz satır. Özbəkistan da Çinə satdığı qazın həcmini artıracaq.

Qazaxıstanın və Özbəkistanın Çinə qaz satışını artırması Rusiyanın “Qazprom” şirkətini narahat etməyə bilməz. Çünki Rusiya şirkəti Avropa ölkələrinə sata bilmədiyi qazın tamamını Çinə satmağa çalışır. Çin Rusiyadan qaz alsa da, bir mənbədən asılı olmaq istəmir, Mərkəzi Asiyanın zənginliklərindən də faydalanmağa çalışır.

Bu arada, Pekindəki forumda iştirak edən Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev Çinin uyqur müxtar bölgəsinə də səfər edərək Urumçi şəhərində görüşlər keçirib. Qazaxıstanın Çinin bu bölgəsiylə sıx iqtisadi əlaqələri mövcuddur. Qazaxıstanın Çinlə ticarət əməkdaşlığının 40 faizi uyğur bölgəsiylə əlaqəlidir. Qazaxıstan Çinə uzanan dəmiryolu tikilməsini istəyir.

Pekin Qazaxıstanla iqtisadi-ticarət əməkdaşlığının genişlənməsində maraqlı olsa da, Astanadan ehtiyat edir. Çində əzab görən uyğurların bir qismi Qazaxıstanda məskunlaşıb. Onlar ara-sıra Çin səfirliyi qarşısında etirazlar edirlər. Pekin Astananı cəzalandırmaq üçün sərhəddəki ticarəti minimuma endirmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam