Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Göyçayın icra başçısı troll dəstəsi saxlayır?! -"...haqqını tələb edən insanları şantaj etdirir" /FOTOLAR

Yenixeber.org: Redaksiyamıza bir qrup Göyçay rayon sakininin müraciəti daxil olub. Müraciətdə Göyçayın icra başçısı Natiq Ağayevin "özfəaliyyət"indən bəhs edilir. Biz bu iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik: 
İcra başçısı Natiq Ağayev Göyçayı şəxsi mülki kimi idarə edir. Vəzifəyə təyin olunduğu ilk gündən birinci işi özünə trollar komandası yığmaq oldu. Hər bir troluna və onun ailə üzvülərinə maaş kartları verib. Əlində bir neçə əxlaqsızı saxlayıb haqqını tələb edən insanları şantaj etdirir. Həmin trollar isə öz əxlaqlarına uyğun sosial şəbəkələrdə namuslu insanlar barədə yazdıqları söyüşlərdən isə Natiq Ağayev sanki həzz alır, bu da onun dürüst adam olmadığını göstərir. 
Ciblərində maaş kartları olan trollar işə gəlmədən qanunsuz davamiyyət yazılaraq hər ay müftə maaş alırlar. 
İcra başçısı Natiq Ağayev Bakı şəhər sakini olan yaxın dostu Cavanşir Qədirov adlı işinin öhdəsindən gələ bilməyən yaramazı Göyçay Şəhər Təsərrüfatı İdarəsinə müdir təyin edib. Həmin idarə Mənzil İstismarı, Sanitar Təmizlik, Yaşıllaşdırma və abadlaşdırma İdarələrinə nəzarəti həyata keçirir. Cavanşir Qədirovun idarəçilik anlayışı olmadığı üçün Göyçay Şəhər Təsrrüfatı idarəsi iflic olub deyə, rayon zibillik, çirkab içində itib batır, ağaclar susuzluqdan və baxımsızlıqdan kütləvi quruyur. Gözdən pərdə asmaq üçün Göyçay şəhərinin bir iki küçələri təmizlənilir ancaq digər küçələr baxımsız vəziyyətdədir. Zibillər süpürülmür vaxtlı-vaxtında götürülmür deyə ətrafa antisanitariya saçır. Hətta zibillər yerdə topalanaraq yandırılır. Buna görə Göyçayın küçələri tez-tez tüstüyə bürünür ekologiya çirklənir.
Həmin adı qeyd edilən bu 3 idarənin maaş kartlarının əksəriyəti trollara və onların ailə üzvülərinə verilib onlarda işə çıxmırlar.İşçi qüvvəsi olmadığı üçün rayonda təmizlik işləri vaxtlı-vaxtında aparılmır.
Cibində maaş karı olan trollar sosial şəbəkələrdə yazırlar ki, bundan əvvəlki başçıların dövründə pis idi indi yaxşıdır.
Ancaq qeyd edək ki, bundan əvvəl icra başçısları ağacları isti aylarda tez-tez sulatdırırdı, budayırdılar, rayonun küçələri vaxtlı-vaxtında təmizlənirdi.
İndi isə Natiq Ağayev sanki şahlıq yaradıb iş bacarmayan səriştəsiz təcrübəsi olmayan yaxın dot tanışını mühüm idarələrə rəhbər təyin edib.
Sosial şəbəkədə kimlər ki, Natiq Ağayev barədə tərif yazırsa bilin ki, həmin adamın özünün və ailə üzvülərinin cibində maaş kartları var, işə də getmədən maaş alırlar. Bunu isə yoxlamaq çox asandır.
Nəticə isə göz qarşısında rayon zibiliik içində itib batır trollar kef edir sakinlər əziyyət çəkir Natiq Ağayev isə bu xoşagəlməz mənzərədən həzz alır.








Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam