Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Modinin Səfərləri Dehlinin Seçiminə İşarədir -ANALİZ

2023/06/1687236422.jpg 

Yenixeber.org: Rusiya-Ukrayna müharibəsi böyük və kiçik dövlətləri seçim qarşısında qoyub. Əsas sual budur: Sən kiminləsən və hansı dəyərləri bölüşürsən? Rusiyanın yanında olmaq Ukrayna torpaqlarının işğalına və təcavüzə haqq qazandırmaqdır. Rusiyanın işğalçı müharibəsini yalnız Şimali Koreya və ya Suriya  kimi dövlətlər dəstəkləyə bilər, qalanları Rusiya ilə münasibətləri pozmamaq üçün sadəcə Kremllə dialoqu davam etdirirlər.

Hindistan Kremllə dialoqu davam etdirən ölkələrdəndir. Ancaq Dehli son illərdə Qərblə daha çox yaxınlaşıb. Bunu Hindistanın baş naziri Narendra Modinin son səfərləri də sübut edir. Modi iyun ayında ABŞ və Fransaya səfərlər edib, bu iki ölkə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Modi baş nazir olduğu 2014-cü ildən bu yana Parisə 7 dəfə səfər edib. Fransa Rusiyadan sonra Hindistanın ikinci ən böyük silah və hərbi texnika tədarükçüsüdür. Hindistan ilbəil Rusiyadan aldığı hərbi texnikanın sayını və çeşidini azaldır.

Modi ABŞ-da yüksək səviyyədə qəbul olundu. ABŞ prezidenti Cozef Bayden texnolgoiya və müdafiə sahəsində ölkəsinin Hindistanla əməkdaşlığını genişləndirəcəyini açıqlayıb. Vaşinqton Çini durdurmağın yollarından birinin Hindistanla sıx əməkdaşlıqdan keçdiyini görür. Digər tərəfdən Vaşinqton Dehlinin Pekinlə texnologiyalar sahəsində dərin əməkdaşlığının əleyhinədir.

Vaşinqton Hindistanın iqtisadi potensialını yüksək qiymətləndirərək gələcəkdə bu ölkənin Çinə alternativ ola biləcəyi qənaətindədir. Bunu indidən söyləmək çətindir. Doğrudur, Hindistan iqtuisadiyyatı dinamik inkişaf edir, ancaq Çinə alternativ olmaq üçün uzun yol qət edilməlidir. Hindistanın Çinə alternativ olması üçün Dehlinin qonşu ölkələrin iqtisadiyyatlarına yatırımlarını artırması da lazımdır.

Dehlinin ərəb və Afrika ölkələrinə də marağı artıb. Narendra Modi iyun ayında Misirə də səfər edib bu ölkənin prezidenti Sisi ilə görüşmüşdü. Dehli Misirin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvlüyünü dəstəkləyir.

Narendra Modi 2024-cü il parlament seçkilərində mövqeyini daha da gücləndirmək üçün Hindistanın bölgədə hərbi gücünü artırmağa qərar verib. Modi məhz bu məqsədlə Qərb ölkələri ilə hərbi sahədə əlaqələrini gücləndirməyə qərar verib. Ancaq Modi balans siyasətindən də imtina etməyib. Misal üçün NATO-nun son Vilnyus zirvə toplantısına Asiya ölkələrindən Yaponiya, Cənubi Koreya, Yeni Zellandiya və Avstraliyanın baş nazirləri dəvətli idilər. Modi bu toplantıda iştirak etməmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam