Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri "Yezid rolunda" -PREZİDENTƏ MÜRACİƏT +FOTOLAR
Yenixeber.org: Redaksiyamıza Göyçay rayon Çaxırlı kənd sakinləri tərəfindən cənab prezidentə ünvanlanmış müraciətin surəti daxil olub. Kənd sakinləri müraciətlərində Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun qanunsuz əməllərindən bəhs edirlər. Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz qaldı...
Aktuallığını nəzərə alıb, müraciəti oladuğu kimi dərc edirik:
Cənab prezident İlham Əliyev, yazaraq sizə bildiririk ki, Göyçay rayon Çaxırlı kənd sakinləri torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş arxın üzərində Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudov qanunsuz obyekt tikdirir.
Orxan Mahmudov suvarma sistemləri idarəsinin müdiri vəzifəsindən istifadə etməklə su kanalının üzərinə beton tökərək su kanalının daralmasına səbəb olub. Orxan Mahmudovun əvvəlki müdir Şakir Əhmədovdan heç bir fərqi yoxdur. İdarənin texnikaları xüsusi işlərdə işlədilir. İllərini bu işə qurban verən təcrübəli işçiləri işindən uzaqlaşdırıb, təcrübəsiz insanları işə qəbul edib. Texnikaların əksər hissəsini yararsız vəziyyətə salıb.
İndi isə bir kəndin suvarma kanalının üzərində qanunsuz maqazin inşa etdirir. Adı Seymur Azadov adlı şəxsin olsa da əslində həmin qanunsuz tikinti Orxan Mahmudova məxsusdur. Seymur Azadov əvvəllər Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barəd müntəzəm şikayətlər edib. İndi isə yeni müdir Orxan Mahmudovla dost olub şərikli kommersiya ilə məşğul olmaq istəyirlər.
Qeyd edək ki, Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Orxan Mahmudovu Göyçay rayon İcra başçısı Natiq Ağayev himayə edib bu vəzifəyə gəlməyinə köməklik göstərir. İcra başçısı çalışır ki, Orxan Mahmudovu yeni yaradılacaq Su Ehtiyatları İdarəsinə müdir vəzifəsinə təyin etdirə bilsin. Ancaq Orxan Mahmudov bu səhənin kadırı deyil, heç bir iş təcrübəsi və məsuliyyəti yoxdur.
Cənab Prezident, Sizdən xahiş edirik şikayətimizi araşdırıb Çaxırlı kəndinin su kanalının üzərində qanunsuz beton töküb tikinti-quraşdıma işləri aparan Orxan Mahmudovun barəsində ciddi tədbirlər görəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.