Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov bazar açıb -QİYMƏTLƏR

Şəki penitensiar xidmətin rəisi Fərhad Hüseynov məhkum jurnalisti təhqir və təhdid edir
Yenixeber.org: Redaksiyamıza Göyçay rayonu Çərəkə kənd sakini Mütəllimov Ceyhun Tofiq oğlunun şikayət məktubu daxil olub. Məktubda Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynovun özbaşınalıqlarından bəhs olunur: 
"Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov dövlət idarəsində bazar açıb şıdırğı alver edir. Nəticədə də imkansız olan kasıb məhkumlar zülm-əziyyət çəkirlər.
5 ildən çoxdur ki, Fərhad Hüseynov Şəki Penitensiar Müəssisəsinə rəis vəzifəsinə təyin olunub. Həmin gündən müəssisədə cəza çəkən məhkumlar əziyət çəkməyə başlayıblar.
Müəssisəyə ilk daxil olan məhkum 14 günlük karantindən vaxtından əvvəl çıxmaq üçün 500 manat verməlidir, iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir,  istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manat, tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl ailə üzvülərinlə görüşmək 300 manat və sairə hamısına pul ödənilməlidr.
Müəssisədə fəaliyyət göstərən maqazində ərzaqlar 3 qat artıq qiymətə satılır.Misal üçün azadlıqda 1 kq kartof 80 qəpik və ya 1 manat olduğu halda müəssisədə bu qiymət 3 manat təşkil edir.Bütün ərzaqlar beləcə 3 qat artıq qiymətə satılır.Səbə isə müəssisədə məhkumlar üçün bişirilən yeməklərin mundar qoxulu zay gündə olmasıdır.Məhkumlara bişirilən yeməyi heyvan belə yeyə bilməz ancaq imkansız məhkumlar acından ölməmək üçün məcburiyyət qarşında qalıb həmin yeməyi iyrənə-iyrənə qəbul edirlər.Buna görə bir az imkanı olan məhkumlar məcbur olub müəssisənin maqazinindən 3 qat baha qiymətə satılan ərzağı alıb yeməyi özləri bişirib yeyirlər.
Müəssisəyə dövlət tərəfindən verilən ərzaq məhsullarının yaxşısı maqazində elə məhkumların özlərinə satılır.
Müəssisənin həyətində pullu kafe, bərbərxana fəaliyyət göstərir.
Korrupsiya yolu ilə qazanılan bütün çirkli pullar müəssisənin rəisi Fərhad Hüseynova çatır.
Fərhad Hüseynov korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Bakı şəhərində çoxlu sayda ticarət obyektinə, restoranlara, bahalı avtomobillərə və möhtəşəm evlərə sahib olub.
Onun Şəki Penitensiar Müəssisəsində yaratdığı özbaşınalığa qanunsuzluğa görə məhkumların özləri və ailə üzvüləri çox əziyyət çəkirlər.
Fərhad Hüseynovun özünün törətdiyi cinayət əməllərinə görə həbs olunaraq məhkum edilib cəza çəkib islah olmasına zərurət var.
Buna görə Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovdan xahiş edirik şikayətimizi yerində obyektiv araşdırıb təcili tədbirlər görsünlər".
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq. 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam