Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Paşinyan sülh istiqamətində ən cəsarətli addımını atdı –TƏHLİL

 

       Ermənistan qlobal güc mərkəzlərinə münasibətlərini dəyişdirmə ərəfəsində

Yenixeber.org: Paşinyanın dünən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatlar Ermənistanda şok effekti yaratdı. Həmin çıxışında o, Qarabağın və işğal olunmuş 8 ekslav kəndimizin Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu və Ermənistanın da bu reallıqla razılaşdığını açıq-aşkar dilə gətirdi. Bundan əlavə, o, Ermənistanın KTMT və Rusiya ilə münasibətləri barədə də bəzi fikirlər səsləndirdi. 

Paşinyanın bu çıxışı Ermənistanda birmənalı qarşılanmadı. Bəzi erməni millətçiləri onu Azərbaycan qarşısında duruş gətirməməkdə günahlandırdılar. Reallıq hissini itirməyib Ermənistanın bu addımı atmaqla Qərbə inteqrasiya yolunu tutmasının vacibliyinə inananlar da az deyil. 

Erməni analitik Tevos Arşakyan da hadisələrə ayıq başla baxanlardandır. Onun bu barədə qələmə aldığı “Paşinyan danışdı: nə edilməli?” sərlövhəli məqaləsini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

 

Şübhəsiz ki, başa çatan günün əsas hadisəsi Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı oldu və o, həm danışıqlar prosesinin gedişi, həm masada olan sənədlər, həm də ümumiyyətlə, danışıqlar prosesi haqqında danışdı. Ermənistanın taleyi, onun problemləri, nailiyyətləri və rəsmi İrəvanın xarici siyasət vektoru barədə bir çox suallara aydınlıq gətirdi. Bizim həmkarlarımız, şübhəsiz ki, Paşinyanın çıxışında Qarabağa aid olan məqamları sıralayacaqlar, lakin biz onun hələlik Moskva, Brüssel və Vaşinqtona göndərdiyi mesajları təhlil edəcəyik.

Burada leytmotiv təbii ki, baş nazirin Ermənistanın de-yure KTMT-dən çıxa biləcəyi ilə bağlı sözləridir.

 

Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdən çıxarılmayıb. Ermənistan təşkilatın öhdəliklərini yerinə yetirmək imkanının olmadığını başa düşsə, KTMT-dən de-yure çıxacaq. KTMT üzvü statusu digər ölkələr təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, belə bir qərar da verilə bilər. Çünki məhz KTMT-yə üzvlük İrəvana üçüncü ölkələrdən silah əldə etməyi müzakirə etməyə mane olduBizə dedilər: sən KTMT-nin üzvüsən, səninlə nəyi müzakirə edək?”, - Paşinyan bildirib.

Təbii ki, analitik şöbələri ilə xüsusi xidmət orqanlarına nəzarət edən Paşinyan çox gözəl bilir ki, ölkədə Rusiya Federasiyasına etimadın səviyyəsi rekord həddə düşüb. Və bu, səbəbsiz yox, konkret olaraq Moskvanın, bütövlükdə KTMT-nin Ermənistana xəyanətkar münasibəti nəticəsində baş verib. Paşinyanın KTMT-ni və Rusiya Federasiyasını tənqid etməklə, ölkəni təşkilatdan çıxarmaqla hədələməklə, guya dövlətimizin alternativi olmayan təhlükəsizlik sistemini məhv etməyə çalışdığına inanmaq axmaqlıq olardı. Bu səhvdir. Təhlükəsizlik sistemini Rusiya, KTMT və onun üzvləri ayrı-ayrılıqda ermənilərə xəyanət edəndə dağıdıblar. Onlar bizim köməyimizə gəlmədilər.

Üstəlik, KTMT-yə üzv olan dövlətlərin rəhbərləri Bakını “ərazi bütövlüyünün bərpası” münasibətilə təbrik etməyə tələsdilər.

 

İrəvan indiki belə çətin şəraitdə KTMT-nin təklif etdiyi təhlükəsizlik sisteminə arxalana bilərmi? Əlbəttə yox.

Və yalnız bir alternativ ola bilər - NATO-ya üzvlük deyilsə, ən azı hərbi-texniki əməkdaşlıq və Alyans ölkələri ilə qarşılıqlı yardım müqaviləsi. Məsələn, Fransa və ABŞ ilə. Amma Ermənistan KTMT-nin üzvü olmağa davam edərsə, Paris və Vaşinqton çətin ki, buna razı olsun. Geosiyasi böhran və Qərblə Rusiya arasında qarşıdurma şəraitində amerikalılar və fransızlar sadəcə olaraq ən son silahları düşmən blokunun bir hissəsi olan bir ölkəyə ötürmək istəmirlər, çünki bu, rusların həmin silahları təhvil alması demək olardı. Ona görə də burada hər şey məntiqlidir. Əgər Ermənistana münasibətdə fəaliyyət göstərməyən KTMT-nin üzvü statusu bizim digər ölkələrlə, xüsusən də Qərblə təhlükəsizlik məsələlərini müzakirə etməyimizə mane olursa, o zaman bizi həmin ölü təşkilatda heç nə saxlamamalıdır. Hansı ki, üstəlik, Ermənistanın sərhədləri və suveren ərazisi məsələsində heç bir şəkildə qərar verə bilmir.

Eyni kontekstdə Paşinyanın Ermənistan hakimiyyətinin ölkəmiz ərazisində olan Rusiya sərhədçilərinin fəaliyyətini yoxlamaq niyyətində olması barədə dediyi sözləri də nəzərə almaq lazımdır. Ermənistan suveren dövlətdir və öz sərhədlərini təkbaşına müdafiə etməyə qadirdir. Bəli, o uzaq illərdə hakimiyyət Rusiya sərhədçilərinin Ermənistanda yerləşdirilməsinə razılıq vermişdi, lakin o vaxtlar fərqli idi.

 

İndi onların burada yerləşdirilməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyi baxımından problemlər yaradır. Rusiya sərhədçiləri sərhədlərin qorunmasında bizə kömək etməlidirlər və burada özlərini hakimiyyət tərəfindən idarə olunmayan müstəqil qüvvə kimi hiss etməməlidirlər – məsələn, bir neçə il əvvəl o vaxtkı deputat Zaruhi Postancyanla baş vermiş insidenti xatırlayaq. Tamamilə göz qabağındadır ki, indiki Ermənistanın burada rus sərhədçilərinin olmasına daha ehtiyacı yoxdur. Üstəlik, İrəvana pul müqabilində “atmış” ölkənin sərhədçilərinə. Bizim hakimiyyət Rusiyaya silah üçün yüz milyonlarla dollar ödəyib, lakin hələ də tədarük öhdəliyini yerinə yetirməyib.

Tamamilə aydındır ki, Paşinyanın mesajları Moskvada, Brüsseldə, Vaşinqtonda eşidilib. Qərb ölkələri uzun müddətdir ki, bizimlə daha sıx əməkdaşlıq etməyə çalışır, lakin hər şey Ermənistanın KTMT-yə üzvlüyündən və Rusiya ilə müttəfiqliyindən asılı idi. Bu gün Paşinyan münasibətlərin arxitekturasının dəyişmə ərəfəsində olduğunu açıq şəkildə bildirdi.

 

Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın KTMT-dən çıxmaq ehtimalı ilə bağlı bəyanatını şərh etməyə tələsdi. Təəssüf ki, həddindən artıq populizmdən əziyyət çəkən Paşinyanın başladığı işi başa çatdırmaq üçün çox vaxt cəsarəti çatmır. İndi, görünür ki, biz Paşinyanın “yetkinləşmə” dövrünə yaxınlaşırıq. Əsas odur ki, onu yarı yolda saxlamasın. Hətta Rusiya onun başına sığal çəkmək qərarına gəlsə və ya əksinə, qulağının ardına bir təpik vursa belə…

Tərcümə etdi: Ovqat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam