Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şah oğlunun revanş cəhdi:Pəhləvidən istifadə və ya hakimiyyətə dönüş hazırlığı  

Ərastun Oruclu: “Şahın varislərinin İranda hakimiyyətə gəlməsi üçün hələlik resursları yetərincə yoxdur”

Yenixeber.org: Bu günlərdə İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi İsrailə səfər edib. Pəhləvini Ben-Qurion hava limanında İsrailin kəşfiyyat naziri Qila Qamliel qarşılayıb. “Demokratik İranın İsraillə və bizim ərəb qonşularımızla münasibətləri bərpa edəcəyi gün yaxınlaşır”, - deyə Pəhləvi açıqlamasında qeyd edib.

Şahın oğlu səfər çərçivəsində Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb. Bundan əlavə o, İsraildə Holokost qurbanlarının anım günü ilə bağlı təşkil edilən rəsmi tədbirdə iştirak edib.

Xatırladaq ki, bundan əvvəl də Pəhləvi Münhen Təhlükəsizlik Konfransına dəvət almış və tədbirdə iştirak etmişdi. Analitiklər bildirirlər ki, şahın oğlunun son bir ildə tez-tez gündəmə gətirilməsi, böyük tədbirlərə dəvət edilməsi Qərbin planlarının tərkib hissəsidir. İddialara görə, Qərbdəki müəyyən dairələr İranda rejim dəyişiklikləri ehtimalını nəzərə alaraq Pəhləvini Tehranda hakimiyyət başına gətirməyi planlayırlar.

Məsələ ilə bağlı suallarımızı cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu  Pəhləvinin indiki dönəmdə belə aktuallaşdırılması iki səbəbdən ola bilər:

- Birinci səbəb o ola bilər ki, indiki İran rejiminə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. İkinci səbəb isə doğrudan da onun hakimiyyətə hazırlaşdırılması ola bilər. Düşünürəm ki, hər iki variant mümkündür. Qərbdə keçirilən tədbirlərə Pəhləvinin dəvət edilməsi, ona çıxışlar üçün şərait yaradılması əlbəttə, təsadüfi deyil. Rza Pəhləvi bir dəfə də Vaşinqtonda Azərbaycan səfirliyinin tədbirində peydə olmuşdu və məlum deyildi ki, onu kim dəvət edib. Çünki Azərbaycan səfirliyi belə bir dəvət göndərdiyini təsdiqləməmişdi. İndi isə birdən-birə İsrailə səfər edir, Baş nazirlə görüşür, İsrailin ünvanına xoş sözlər söyləyir. Bunlar sıradan hal deyil.

- Pəhləvilərin İranda hakimiyyətə qayıdışı nə qədər aktual və mümkündür?

- Deyə bilmərəm ki, Pəhləvinin Tehrana qayıdışı nə qədər aktualdır. Amma onu deyə bilərəm ki, şahın varislərinin İranda hakimiyyətə gəlməsi üçün hələlik resursları yetərincə yoxdur. Beynəlxalq dəstək hələlik yetərli deyil ki, İranda kimisə hakimiyyətə gətirə bilsin. 43 ildir ölkəyə nəzarət edən bugünkü teokratik rejim var. Hazırda bu rejim İranın bütün resurslarına tam nəzarət edə bilir. Pəhləvinin beynəlxalq dəstəyə arxalanaraq İranda hakimiyyət başına gəlməsi yalnız o zaman mümkün olar ki, rejim tam çökmüş olsun.

- Son bir ildə İranda ciddi gərginliklər, üsyanlar müşahidə edilir. Buna əsasən, demək olamı ki, rejim çökməyə doğru gedir, yaxud çöküb?

- Mən deməzdim ki, Tehran rejimi çöküb. Davamlı etirazlar, rejimə qarşı dirəniş bir qədər aldadıcı görünür. Bəli, rejimin kifayət qədər əleyhdarları var. Lakin unutmaq olmaz ki, kifayət qədər də dəstəkçiləri mövcuddur. Ona görə də mənə elə gəlir ki, müəyyən qüvvələr Pəhləvidən burada vasitə kimi istifadə edirlər. Söhbət Tehrana təzyiq vasitəsindən gedir. Əgər elə bir situasiya yaransa ki, Pəhləvi hakimiyyətə qayıtsın, bəlkə də buna cəhd edərlər. Cəhd etmək isə hələ ki, nail olmaq demək deyil.

- Belə fikirlər var ki, Pəhləvilər İranda hakimiyyətə gəlsə belə, demokratiya qurmaq mümkün olmayacaq. “Şah hara, demokratiya hara” sualı ilə bunu əsaslandırırlar. Sizcə, haqlı yozumdur?

- Bəli, onun atasının demokratiya ilə heç bir əlaqəsi olmayıb. Əksinə, çox qəddar, antidemokrat, diktator bir şəxs olub. Hakimiyyətini də elə bu səbəbdən itirdi. İranda korrupsiya, sosial təbəqələşmə, kəskin qütbləşmə şahın dövründə pik həddə çatmışdı. Bu səbəbdən də “ədalət bayrağı” adı altında islamçılar hakimiyyətə gəldilər. Amma bu o demək deyil ki, Pəhləvi indi atasının, yəni şah sülaləsinin davamçısı kimi hakimiyyətə gətirilə bilər. Məsələn, seçki yolu ilə, demokratik yolla hakimiyyətə gətirilməsi variantı da mümkündür. Belə bir nümunə mövcuddur. Filippində vaxtilə qovulmuş diktator Ferdinand Markosun oğlu bu gün Flippin Prezidentidir və o, qanuni yolla seçilib. Amma bir nüansdan da yan keçməmək lazımdır: Flippində Markosun vaxtında belə heç olmasa seçki prosesi olub. İranda isə seçkilər bilirik ki, tamamilə fərqli müstəvidədir və fərqli meyarlarla həyata keçirilir. Ona görə də hesab edirəm ki, Pəhləvidən hələlik daha çox Tehrana təzyiq vasitəsi kimi istifadə edilir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam