Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Makron Vassal Olmaq Istəmir -ANALİZ

 Yenixeber.org: Fransa prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə səfəri ABŞ-ın siyasi və ekspert dairələrində müzakirə predmeti olaraq qalır. Vaşinqton bu səfərin Qərbin xeyrinə olmadığı və fayda vermədiyi qənaətindədir. Vaşinqtonda hesab edirlər ki, Fransa prezidenti Çinə güzəştə getməyə hazırdır.

Emmanuel Makron Çinə səfərini yekunlaşdırdıqdan sonra o Tayvan mövzusunda mübahisəli müsahibə verərək ABŞ-ın müttəfiqi olmağın “vassal” olmaq anlamına gəlmədiyini söyləyib: “Müttəfiq olmaq vassal olmaq demək deyil… bu, bizim özümüz haqqında düşünməl haqqımızın olmadığı anlamına gəlmir”. Emmanuel Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır.

Makron bununla demək istəyib ki, Fransa və digər Avropa ölkələri ABŞ-ın Tayvan məsələsində Çinlə qarşıdurmanın tərəfdarı olmamalıdırlar. Halbuki, Makronun Pekinə səfərinin məqsədi Çini Rusiyaya dəstəktən imtinaya dəvət etmək olmalı idi. Makron isə Pekindən geri döndükdən sonra Ukrayna əvəzinə Tayvandan danışıb. Tsi Cinpin Makronla geniş fikir mübadiləsi aparsa da, Ukrayna məsələsində əvvəlki mövqeyindən geri çəkilməyib. Maraqlıdır ki, Emmanuel Makron Pekindən qayıtdıqdan sonra Çini deyil, ABŞ-ın siyasətini tənqid etməyə başlayıb.

Makron Avropanın ABŞ-la bərabərhüquqlu münasibətlərin qurulmasını tərəfdarı kimi çıxış edib. Bu o deməkdir ki, Makron ABŞ-ın Avropadakı hegemonluğunu qəbul etmir. Makron Avropanın güc mərkəzinə çevrilməsinin tərəfdarıdır. Fransa prezidenti hesab edir ki, bunun üçün zaman yetişib.

Makronun son açıqlamaları ABŞ-ın siyasi dairələrində böyük narazılıq yaradıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Makronu aşağılamaqdan çəkinməyib. Respublikaçı senator Marko Rubio isə Makrona məsləhət görüb ki, Avropa ABŞ-ın dəstəyi olmadan Ukraynanı dəstəkləsin.

Fransanın keçmiş liderləri də Avropanın ABŞ-dan uzaqlaşmasını dəstəkləyirdilər. Ancaq heç bir nəticə hasil etmirdilər. Çünki İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən formalaşmasında, iqtisadiyyatının bərpasında və təhlükəsizlik sisteminin qurulmasında ABŞ-ın müsətsna rolu olub və Vaşinqton bu rolundan imtina etmək istəmir. Digər tərəfdən Avropa ölkələri Amerikasız keçinə bilmirlər. Misal üçün 1990-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada müharibə başlayanda Avropa ölkələri aciz qaldılar, məsələyə ABŞ qarışdıqdan sonra vəziyyət sabitləşdi. Digər tərəfdən Avropa ölkələrinin bir qismi Fransa prezidentinin təklfiləri ilə razı deyillər. Misal üçün Polşa ABŞ-la strateji tərəfdaşlıqdan imtina etməyi planlaşdırmır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam