Ucarın icra başçısına 30 min manatlıq iddia -Villasını təmir edənə vəzifə verib?
Yenixeber.org: Redaksiyamıza Ucar şəhəri Ü.Hacıbəyov küçəsi ev 12 sakini Səlimov Elsevər Ağası oğlunun müraciəti daxil olub. Müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu(?)
Müraciətdə deyilir:
Bu şikayətimdə yazıb sizə bildirirəm ki, Ucar rayon Kommmunal Müəssisələri Kombinatının (komxozun) müdiri Asəm Kərimovun yarıtmaz fəaliyyəti nəticəsində Ucar rayonunun mərkəzi küçələri natəmizliyə qərq olub, ağaclar quruyub, parklar yararsız hala düşüb.
Asəm Kərimov uzun müddət tikinti malları maqaziniində işləyib. Ucar rayon icra başçısı Mənsur Məmmədov villasını təmir etdirən zaman həmin maqazindən nisiyə götürdüyü 30 min manatlıq malların pulunun əvəzinə ilk olaraq Asəm Kərimovu Ucar rayonu Qarabörk kənd icra nümayəndəsi təyin etdi. Bundan bir neçə il sonra isə Ucar rayon Kommunal Müəssisəsləri Kombinatına (komxoz) müdir vəzifəsinə təyin etmişdir.
Asəm Kərimovun bir amalı var nəyin bahasına olur-olsun gəlir əldə etməkdir. Bu səbəbdən rayonun küçələri zibilliyə qərq olub təmizlik işləri vaxtlı-vaxtında aparılmır. Təqdim etdiyim videoda aydın görünür ki, Ucar rayon komxozunun binası uçub dağılır, həyəti yarasız vəziyyətdədir, təmizlik işləri aparılmır.
Təqdim etdiyim fotoşəkillər Ucar şəhəri Heydər Əliyev Mərkəzinin parkıdır. Daha doğrusu baxımsızlığa görə xarabaya dönmüş yerdir. Parkdakı ağacların demık olar ki, 80 % -i susuzluğa görə quruyub. Azca külək əsən kimi qurumuş ağaclar aşır. Aşan ağaclar günlərlə parkda qalsada götürülmür. Parkın tualeti şəkildə gördüyünüz kimi tam yararsız antisanitariya şəraitində olsa da təmizlənmir, krantı sınıb. Parkda quruyan ağacları icra başçısı kəsməyə icazə vermir ki, biabırçı şəkildə görsənəcək. Parkın tikintiləri uçub dağılır, atraksionun dam örtüyü sınıb. Parkda bir neçə yerdə böyük zibil yığıntısı qalaqlanıb, heç vaxt təmizlənmir. Parkda ərazisində Heydər Əliyev Mərkəzi binası, Yeni Azərbaycan Partiyasının binası, Tarix Diyarşünaslıq Muzeyinin və Gənclər Evinin binaları yerləşir. Həmin binaların hamısı demək olar ki, qəzalı vəziyyətdədir. Gəlib binalara ətraflı baxanda bunu aydın görmək olur. Hansı ki, həmin binaların hamısı yeni inşa edilib 2015-ci il tarixdə istifadə edilir. Tikintiyə ayrılmış pullar həmin dövrün icra başçısı Yaşar Məmmədov və tikintini aparan şirkət tərəfindən talan edildiyi üçün binalar qəzalı vəziyyətdədir. Binaların bir neçı yerdən artıq uşması prosesi başlayıb. İcra başçısı Mənsur Məmmədov bunla qətiyyən maraqlanmır.
Parkın belə baxımsız vəziyyətdə saxlanılması xarabaya döndərilməsi Heydər Əliyevin adına hörmətsizlikdir. Heç bir rayonda belə acınacaqlı vəziyyət yoxdur.
Xahiş edirəm komissiya yaradılsın Ucar rayonunda Heydər Əliyev Mərkəzinin parkına baxış keçirilsin və korrupsiyaya başı qarşımış vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görülsün".
Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.