Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rusiyaya “sülh şərtləri” göndərilib:Kreml tarixi seçim qarşısında tərəddüd edir

Kreml həm beynəlxalq məkanda, həm də Rusiyanın daxili auditoriyası qarşısında aciz durumda qalma təhlükəsini səbəb göstərərək, vasitəçi ölkədən sülh sazişinin məhz təqdim olunan şərtlərdən kənara çıxmayacağına tam təminat tələb edir... Bu baxımdan, indi əsas diqqətin məhz ABŞ-Ukrayna məsləhətləşmələrinə yönəlmiş ola biləcəyi də qətiyyən istisna deyil, çünki rəsmi Kiyev Ağ Evin direktivi olmadan gizli danışıqların nəticələri ilə razılaşa bilməz...

Yenixeber.org: Ukrayna savaşı ətrafında yeni situasiya yaranıb. Bu savaş üzərindən yeni dünya düzəninin qurulması prosesini intensivləşdirmək cəhdləri artıq açıq-aşkar nəzərə çarpır. Üstəlik, bu prosesin böyük geopolitik risklər vəd etməsi də bəzi dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən ciddi narahatlıqla qarşılanır.

Məsələnin önəmli tərəfi ondan ibarətdir ki, yeni dünya düzəninin hansı fərqli geopolitik konfiqurasiyalara yol aça biləcəyi hələlik müəmmalı olaraq, qalmaqdadır. Əsas təsəvvürlər ondan ibarətdir ki, dünyada buna qədər mövcud olan beynəlxalq qaydalar tədricən öz əhəmiyyətini və funksionallığını itirəcək. Yeni beynəlxalq qaydaların bütün dünyaya qəbul etdirilməsi isə qlobal proseslər çərçivəsində məcburi xarakter daşıyacaq.

Belə anlaşılır ki, bütün bunlar idarəolunan prosesin tərkib hissəsidir. Bu prosesin hansı məzmun və keyfiyyəti daşıyacağı isə onun iştirakçılarından daha çox ssenari müəlliflərindən asılı olacaq. Yəni, planı quranlar, prosesi idarə edənlər necə istəyirlərsə, yeni dünya düzəni də məhz onların hədəflərinə uyğun şəkillənəcək.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)

Təbii ki, mövcud beynəlxalq situasiyanın gələcək inkişaf istiqamətləri də böyük ölçüdə Ukrayna savaşının nəticələrinə bağlıdır. Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Kiyevə son səfərindən sonra bildirib ki, Ukrayna savaşının istiqamətləri və nəticələri yaxın 2-3 həftə ərzində baş verə biləcək hadisələrdən asılıdır. Və bu müddət Ukrayna savaşı ətrafında yaranmış vəziyyətlə bağlı həlledici xarakter daşıya bilər.

Belə anlaşılır ki, Qərb hərbi-siyasi dairələri Ukrayna savaş poliqonunda yeni mərhələyə hazırlaşırlar. Rusiya əleyhinə beynəlxalq koalissiyanın Ukrayna ordusuna yeni hərbi dəstək paketini təsdiqləməsindən sonra bu, o qədər də gözlənilməz deyil. Yəqin ki, bu hərbi dəstək paketi Rusiyaya son sərt mesaj vermək niyyətini də özündə əks etdirir. Hər halda, bu dəfə Ukraynaya “Patriot” raket sistemləri, döyüş helikopterləri, zirehli texnika və s. müasir silahlar veriləcək.

Təbii ki, bu, Rusiya üçün kifayət qədər təhlükəli dönüş mərhələsinə yol aça bilər. Belə ki, Qərbin sanksiyalarına Rusiya indiyə qədər tab gətirə bilirdi. Çünki Rusiyaya qarşı sanksiyaların orta və daha uzaq perspektiv üçün təsirli olacağı indi hər kəsə aydındır. Yaxın perspektiv üçün isə Rusiya hələ öz daxili resursları hesabına müqavimət göstərmək imkanlarına malikdir. Və Kremlin bu müqavimət immunitetinin formalaşmasında Rusiya enerji resursları üçün alternativ bazarların tapılması, əhalinin avropalılardan fərqli olaraq, komfort həyat şəraiti vərdişlərindən uzaq olması, Putin hakimiyyətinin avtoritar xarakteri xüsusi rol oynayır.

Avropa ölkələrində isə vəziyyət daha böhranlı xarakter daşıyır. Rusiyaya qarşı sanksiyalar Avropa məkanına daha sarsıdıcı zərbələr vurur. Üstəlik, Rusiyadan fərqli olaraq, bu zərbələr orta və ya uzaq perspektivə deyil, məhz indiyə təsadüf edir. Komfort həyat şəraitinə vərdişli avropalılar isə buna tab gətirmək fikrində deyillər. Əksinə, enerji və sosial-iqtisadi böhran dərinləşdikcə, Avropa ölkələrində əhalinin narazılığı artır və tədricən kütləvi etirazlara çevrilir.

e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB)

Ona görə də Qərb ölkələri Ukrayna savaşının taleyini həll etmək üçün tələsmək məcburiyyətində qalmış kimi görünürlər. Böyük ehtimalla Kremlə anlatmağa çalışırlar ki, əgər, Ukraynaya verilən indiki silah-sursat və hərbi texnikanın təyinatı nəzərə alınmazsa, tezliklə daha radikal qərarlar qəbul edilə bilər. Yəni, Rusiyanı Ukraynaya daha müasir hücum silahları verilə biləcəyi ilə təhdid etməyə çalışırlar. Və əgər, Qərb belə radikal qərar qəbul edərsə, Rusiyanın savaş meydanında biabırçı məğlubiyyəti qaçılmaz reallığa çevrilə bilər.

Maraqlıdır ki, Rusiyaya alternativ variant da təklif olunur. Belə ki, bəzi məlumatlara görə, bir neçə Qərb ölkəsi Rusiya ilə qeyri-rəsmi səhnəarxası danışıqlar aparır. İddia olunur ki, Kremlə Ukrayna savaşınin sülh sazişi ilə yekunlaşdırılması üçün bir neçə şərt irəli sürülüb. Birincisi, Rusiya öz qoşunlarını savaşöncəsi sərhədlərə sərhədlərə çəkməlidir. Bu, Putin hakimiyyətinə Rusiya daxilində tam nüfuzdan düşməmək şansının tanınması deməkdir.

Digər tərəfdən, Kremldən tələb olunur ki, sülh sazişinin imzalanmasından sonra elan ediləcək keçid dövrünün sona çatması ilə Rusiya Krımı Ukraynaya geri qaytarmalıdır. Sülh sazişinin 10 ili tamam olduqdasa, Donbas tam şəkildə Ukraynanın suveren idarəçiliyinə verilməlidir. Yəni, Kremldən yaxın 10 il ərazində Rusiyanın 1991-ci il sərhədlərinə geri çəkilməsi tələb olunur.

Nəhayət, Kremlə xəbərdarlıq olunub ki, əgər, Rusiya bu şərtlər çərçivəsində sülh sazişi imzalamağa razılaşması Ukraynaya daha genişmiqyaslı hərbi dəstək mərhələsinə start veriləcək. Ukrayna ordusu ən müasir hücum silahları ilə təchiz olunacaq. Savaş birbaşa Rusiyanın sərhədləri içərisinə keçiriləcək. Kremlə qarşı daxili etiraz dalğasını gücləndirəcək bütün mümkün addımlar atılacaq.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Onu da qeyd edək ki, bir neçə Qərb dövlərinin bu şərtləri Rusiya əleyhinə koalisiyanən bütün üzvlərinin mövqeyini ifadə etmir. Kreml şərtləri qəbul edəcəyi təqdirdə, Rusiya əlıeyhinə beynəlxalq koalisiyanın daha ağır şərtlər irəli sürməyə şirniklənə biləcəyindən narahatdır. Çünki, bu, Kremli həm beynəlxalq məkanda, həm də Rusiyanın daxili auditoriyası qarşısında aciz durumda göstərə bilər. Bu təhlükəni nəzərə alan Kreml vasitəçi ölkədən sülh sazişinin məhz sadalanan şərtlərdən kənara çıxmayacağına tam təminatın verilməsini tələb edir.

Bütün bunları nəzərə aldıqda, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin yaxın 2-3 həftə ərzində baş verəcək hadisələrin böyük önəm daşıdığını vurğulamasının səbəblərini təxmin etmək mümkündür. Yəqin ki, Ş.Mişel paytaxt Kiyevə səfəri çərçivəsində bu məsələni Ukrayna siyasi dairələri ilə də müzakirə edib. Bu məxfi proseslə bağlı hazırda həlledici mərhələnin başlandığını düşünmək olar.

Böyük ehtimalla müzakirələrin nəticələri və qəbul ediləcək qərarlar məhz bu müddət ərzində dəqiqləşmiş olacaq. Yəni, ya Rusiya ilə anlaşma təsdiqlənəcək, ya da Ukraynanın savaş meydanında tam qələbəsi üçün daha radikal addımlar atılacaq. Və bu baxımdan, indi əsas diqqətin məhz ABŞ-Ukrayna məsləhətləşmələrinə yönəlmiş ola biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam