Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Çin niyə supergüc ola bilmir? -TƏHLİL

Çini niyə hələ ki, supergüc saya bilmərik? Çünki supergüclük təkcə imkanlarla ölçülmür, əlindəki gücü qlobal miqyasda proyeksiya etmək qabiliyyəti də olmalıdır. Yəni, kəmiyyətlə yanaşı, funksionallıq da olmalıdır. 

Yenixeber.org: Supergüc dövlət əlindəki iqtisadi, siyasi, hərbi, kəşfiyyat və s. imkanlarını dünyanın bütün regionlarına proyeksiya edə bilməlidir. Bunu sadəcə müəyyən regiona proyeksiya edə bilən dövlətə regional güc deyə bilərik. Məsələn, Türkiyə və İran regional güclərdir. Almaniya və Yaponiya kəmiyyət və imkanlar cəhətdən İran və Türkiyədən daha üstün dövlətlərdir, amma güc proyeksiya edə bilmirlər. İmkanları Çindən xeyli geridə olsa da, güc proyeksiya etmək qabiliyyəti baxımından Rusiya Çindən daha üstün dövlətdir. Rusiya bir neçə regiona güc proyeksiya edə bilir. Mənə görə, düzgün sistemlə, düzgün idarə olunsaydı, Rusiya supergüclüyə Çindən daha önəmli namizəd olardı. 

Mövcud sistemin yeganə supergücü ABŞ-dır. Məsələn deyək ki, Maldiv adalarında hərbi çevriliş oldu. ABŞ yeni iqtidarı tanımaq istəməsə nə edə bilər? İqtisadi sanksiya qoya bilər, Maldiv adalarının turizmini çökdürə bilər, CIA vasitəsilə əks-çevriliş edə bilər və ya ən ekstrimal ssenaridə hərbi donanma göndərib Maldiv adalarını bombalaya bilər. Yəni, güc proyeksiya edə bilməsinin bir neçə seçimi var. Və ABŞ bu proyeksiyanı Avropadan Latın Amerikasına, Yaxın Şərqdən Uzaq Şərqə, Afrikadan Hindistana kimi bütün regionlarda edə bilər. Hər regiona əli uzanır deyə, ABŞ-ın mövqeyi qlobal proseslərin mərkəzində olur. Bu səviyyədə supergüclük müasir tarixdə sadəcə 3 dövlətə aid edilə bilər. XVIII-XIX əsrlər Britaniya İmperiyası, İkinci Dünya Müharibəsi sonrası Sovet İttifaqı və ABŞ. Bu 3 dövlət dünyanın istənilən regionuna güc proyeksiya edə bilərdi. 

Çin isə hələ ki, öz ətraf regionlarına və uzaq Afrikaya güc proyeksiya edə bilir. Asiya nəhəngi qlobal güc proyeksiyasına başlayanda supergüc kimi dəyərləndirilməyə başlayacaq. Şübhəsiz ki, Vaşinqtonun əsas hədəfi Çinin bu mərhələyə gəlməsinə imkan verməməkdir.

Şərqə Baxış Analitik Mərkəz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam