Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Sabunçu Tibb Mərkəzi" çirkab suları belə təmizləyir:dövlətin puluna xəsislik etmədən...

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə il ərzində çirkab suların daşınması ilə bağlı 35196 manatlıq müqavilə bağlayıb...   

Yenixeber.org: Az qala hər gün dövlət satınalmaları ilə bağlı mediada araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır... Müxtəlif qanuniliyi şübhə doğuran dövlət satınalmaları müsabiqələrində dövlətin puluna “dədə malı kimi yanaşmalar” müşahidə olunur. Təəssüf ki, medianın, aidiyyatı dövlət strukturlarının bu istiqamətdəki çabalarına baxmayaraq problem hələ də, aktuallığını qorumaqdadır...  

Məlum olduğu kimi, cənab prezident də, vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini də səsləndirir...   

Bir müddət əvvəl Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

           Bir xəstəxananın kanalizasiya sularına bir gündə 100 manata yaxın xərclənir(?)

Yenixeber.org-a dövlət satınalmaları ilə bağlı maraqlı, gülməli, həm də araşdırılması vacib olan məlumatlar daxil olub. Məlumata görə "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeçiliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının daşınması üçün il ərzində 35196 manat xərcələnəcək. Ki, bu da bir gün üçün 96 manatdan artıq edir...(?)    

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin 14.10.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə üç gün sonra-17.10.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu olub. Bu müqavilə ilə Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının il ərzində daşınması qarışılığında 35196 manat alacaq.

 Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlər barədə məlumat verilmədən...(?) "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə  35196 manatlıq müqavilə bağlayıb!

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?)  Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində, vəzifə borclarından biridir...

 Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 35196 manatına - gündəlik 100 manata yaxın xərcləməklə - bir xəstəxananın çirkab sularının il ərzində daşınmasından gedir...

           ***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.


Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin maliyyə məsələləri üzrə səlahiyyətlisi Zəminə xanımla telefonla danışa bilsək də, suallarımıza cavab ala bilmədik: Əvvəlcə məsələni araşdırıb, aydınlıq gətirəcəyini desə də, sonradan rəhbərliyə məlumat verdiyini və rəhbərliklə ( Yəni direktor Fikrət Zeynalovla. Red.) əlaqə saxlamalı olduğumuzu bildirdi. Hörmətli Fikrət Zeynalovla əlaqə saxlamaq istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu...

Digər tərəf - Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə isə heç cürə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir sahibkarla bağlı internet üzərindən hansısa bir məlumata rast olmadıq...

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam