Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

36 MİLYARDLIQ SƏRVƏTİ OLAN ALİ RƏHBƏRİN LÜKS HƏYATI... - Xameneinin kolleksiyalarında nələr var? +VİDEO

İranda ərzaq qiymətlərinin bahalaşmasına qarşı başlayan xalq etirazı rejimin amansız müdaxilələrindən sonra yatırılıb. Mayın ortalarında başlayan və ölkənin bütün şəhərlərinə yayılan aksiyalarda minlərlə nümayişçi saxlanılıb.

Yenixeber.org: Aksiya zamanı İranın Ali rəhbəri Əli Xamenei və hazırkı Pezident İbrahim Rəisini “istefa”ya dəvət edən aksiya iştirakçılarının bir çoxu sərt şəkildə cəzalandırılaraq, həbs olunublar.

İranda həyat səviyyəsinin kəskin pisləşdiyi, xalqın səfalət içində boğulduğu bir vaxtda İranın ali rəhbəri Əli Xamenei isə özünün milyon dollar dəyərində olan şəxsi kolleksiyasını genişləndirməklə məşğuldur.

“Azad İran” kanalı “İran rəhbərinin şəxsi həyatı və sərvəti” başlıqlı videomaterialda Əli Xameneinin milyon dollar dəyərində olan kolleksiyasından və şəxsi sərvətindən bəhs edir. Xameneinin ofisinin və İran Təhlükəsizlik Nazirliyinn xaricə qaçmış əməkdaşlarının məlumatları əsasında hazırlanan materialların bir qismini oxucalara təqdim edirik:

“Trubka kolleksiyası - Xamenei əvvəllər siqaret çəksə də, daha sonra siqareti tərgidərək, trubkaya keçib.

 

 

Onun kolleksiyasında ümumi dəyəri 2 milyon dollar olan 200-ə qədər trubka var. Bunlardan ən bahalısı 300 il əvvələ aid, 250 min dollar dəyəri olan trubkadır. Bəzi trubkalar ona dünya ölkələrinin rəhbərləri tərəfindən hədiyyə olunub.

At kolleksiyası - Xameneinin sevimli idman növləri alpinizm və atçılıqdır. Ali rəhbərin ümumi dəyəri 40 milyon dollar olan 100 atı var. Bunlardan ən bahalısının qiyməti 7 milyon dollar dəyəri olan, “iki qanadlı” adlı atdır.

Üzük kolleksiyası - Xameneinin 300-ə yaxın üzüyü var. Onlardan ən bahalısının qiyməti 500 min dollardır.

 

 

Əsa kolleksiyası - Xameneinin ümumi dəyəri 1 milyon 200 min dollar olan 170-dən çox əsadan ibarət kolleksiyası var. Bunlardan ən bahalısı 170 il əvvələ aid olan daş-qaşla bəzədilmiş 200 min dollarlıq əsadır.

 

 

Əba kolleksiyası - 120 ədəd əbadan ibarət bu kolleksiyanın ümumi dəyəri 400 min dollara yaxındır. Ən qiymətlisinin dəyəri 30 min dollardır.

 

 

Bütün bu kolleksiyalar Xameneinin “Beytə rəhbəri” adlanan ofisində saxlanılır.

Xameneinin mühafizçilərinin sayı 200 nəfərdir. Amma bütövlükdə onun ailə üzvlərinin mühafizəsiylə on min nəfər məşğul olur. Onlardan min nəfəri qadındır. Mühafizəçilərin aylıq gəliri 1000-12000 dollar aralığında dəyişir. Xameneinin mühafizəçiləri arasında iki nəfərin - Hüseyin Cabbari və Dinşüarinin xüsusi statusu var. Onlar 30 ildir ki, rəhbərin mühafizəsini təşkil edirlər. Gecələr onun qapısı qarşısında keşik çəkirlər. Yalnız bu iki şəxsin Xameneinin yanında silah gəzdirməsinə icazə verilir.

Xameneinin müalicə işlərinə sabiq səhiyyə naziri Əli Rza Mərəndi rəhbərlik edir. Bütün həkimləri o, özü seçir. Rəhbərin ofisinin zirzəmisində tam təchizatlı xəstəxana yerləşir. Orada 4 həkim 24 saat növbə çəkirlər. Avtomobillə səfərləri zamanı bir səyyar xəstəxana rəhbəri müşayiət edir. Bundan başqa cərrahiyyə otağına malik bir avtobus daim Xameneinin yanında olur.

 

 

Xamenei şəkər xəstəliyindən qorunmaq üçün üçün bildirçin və dəvəquşu ətiylə qidalanır. Rəhbərin yeməklərinin zəhərli olub- olmamasını müəyyən emək üçün ABŞ-dan qiyməti 500 min dollar olan xüsusi aparat alınıb.

Xameneinin depresiyadan əziyyət çəkdiyi bildirilir. Həkimlər bunun səbəbini onun yatmazdan əvvəl müxtəlif təbəqədən olan insanların səs yazısını dinləməsiylə əlaqələndirirlər. Dinləmə 3 təbəqəni əhatə edir- Yüksək rütbəli dövlət məmurları, təhlükəsizlik əməkdaşları və sıravi vətəndaşlar. Xüsusi komanda bu danışıqları qruplaşdırır və hər gün ona 2 səhifəlik mətn və 20 dəqiqəlik səs yazısı təqdim edirlər.

 

 

Xamenei Pastorda 1200 kvadmetrlik sarayda yaşayır. Sarayın altında 60 metr dərinlikdə 5 min kvadratmetrlik sığınacaq var. Sığınacağın tək liftinin dəyəri 5 milyon dollardır.

Xamenei ailəsinn ümumi sərvətinin dəyəri 36 milyard dollar civarındadır. Bunun 30 milyardı şəxsən onun özünə aiddir. Bu məbləğin 22 milyardının İranda, digər hissəsinin isə Rusiya, Çin, Venesuella, Suriya, Cənubi Afrika Respublikası və İngiltərədə olduğu bildirilir.

Xameneinin şəxsi nəzarətində olan biznes sahələri – neft-qaz satışı, düyü və şəkər idxalı və silah ticarətidir.

Göründüyü kimi Xameneinin həyatı başqalarına, xüsusən də dövlət məmurlarına dönə-dönə tövsiyyə etdiyi sadə yaşamaq prinsipindən çox uzaqdır. Bu gün lüks həyat tərzi sürən Xameneini əhalinin ac olub-olmaması düşündürmür. Onu düşündürən yeganə şey, milyon dollar dəyəri olan - əba, əsa, trubka və üzük kolleksiyasını bir qədər də genişləndirmək və öz sərvətini böyütməkdir”.

“Azpolitika”

 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam