Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Birliyi “könüllü intihar” edir: Bu qurum dağılacaq, “qoca qitə” batacaq

ABŞ və Böyük Britaniya Ukrayna savaşını törətməklə, yalnız Rusiyanı deyil, həm də Avropa Birliyi və Çini də “hərbi-iqtisadi bataqlığa” salıb... Ağ Ev və rəsmi London Avropa Birliyini Rusiyaya qarşı sanksiyaların tətbiqinə məcbur etməklə, bu qurumun iflas prosesini də başlatmağa nail olub...

Yenixeber.org: Ukrayna savaşı uzandıqca, Avropa Birliyi zərərçəkən durumuna düşməyə başlayıb. Bu quruma üzv dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən, nə qədər Avropa Birliyinin maraqlarını da qoruyub, əks təsirlərdən yayındrmağa çalışsalar da, birbaşa zərbələr qaçılmaz xarakter daşıyır. Və son vaxtlar baş verənlərin Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalara artıq tab gətirməkdə çətinlik çəkdiyini göstərir.

Onu da qeyd edək ki, bəzi Avropa Birliyi ölkələrinin rəsmi təmsilçiləri bu reallığı artıq açıq mətnlə bəyan etməyə başlayıblar. Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib ki, ABŞ-ın Rusiya neftinin idxalına tətbiq etdiyi qadağalar gözlənilən effekti verməyib. Əksinə, neftin qiymətinin daha da artması məhz Avropa məkanında ciddi problemlər yaradıb. Və indi Avropa Birliyi həmin enerji embarqolarının təsirlərini heç də Rusiyadan az hiss etmir.

scholz-macron-putin-1786358_2.jpg (35 KB) 

Belə anlaşılır ki, Rusiyaya qarşı beynəlxalq koalissiya artıq parçalanmaq təhlükəsi ilə üzləşib. Hətta Avropa Birliyinin əsas aparıcı ölkələri Almaniya, Fransa və İtaliya Rusiyaya qarşı sanksiyaların ləğvi istiqamətində lobbiçilik fəaliyyətinə də başlamış kimi görünürlər. Və Rusiya enerji resurlarından asılı vəziyyətdə olan Macarıstan da həmin ölkələrin mövqeyini birmənalı şəkildə dəstəkləyir.

Onu da qeyd edək ki, İtaliya vəziyyətdən çıxış yolunu da artıq bəyan edib. Bu ölkənin rəsmi mövqeyinə görə, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması olduqca vacibdir. Üstəlik, buna nail olmaq üçün Ukrayna öz ərazilərinin bir hissəsini məhz Rusiyaya güzəştə getməlidir. Bu isə Ukrayna savaşının mümkün qədər uzadılmasına cəhd göstərən ABŞ və Böyük Britaniyanın hədəfləri ilə kəskin ziddiyyət təşkil edir.

Maraqlıdır ki, Almaniya və Fransa İtaliyanın mövqeyini eynilə bölüşür. Hətta son vaxtlar Rusiyanın bu iki ölkənin siyasi elitası ilə gizli danışıqlar aparması barədə də müəyyən məlumatlar mövcuddur. Almaniya kansleri Olaf Şolts isə Ukraynanın ərazi güzəştləri etməsinin vacibliyi barədə iddiaların əsas lobbiçiləri sırasında yer alır. O, bu mövzunu müxtəlif variantlarda gündəmə gəturməkdə israrlı davranır. Olaf Şolts son açıqlamasında bildirib ki, Rusiya ilə hansı sülh şərtlərini qəbul edəcəyinə Ukrayna özü qərar verməlidir.

394402.jpg (50 KB) 

Almaniya kansleri vurğulayıb ki, Qərbin gələcək sanksiya rejimi məhz belə razılaşmalardan asılı olacaq. Onun fikrincə, Ukraynanın doğru hesab etdiyi razılaşma Rusiyanın iqtisadi sabitliyinə qarşı sanksiyalarla bağlı kütləvi məhdudiyyətlərin nə vaxtsa, sona çatmasına səbəb ola bilər. Və bu, bir tərəfdən Ukraynanın sülh qarşılığında güzəştə getməli olacağına, digər tərəfdənsə, Rusiyaya qarşı sanksiyaların əvvəl-axır ləğvinin qaçılmazlığına eyhamdır.

Təbii ki, bütün bunlar Ukrayna və Avropa Birliyi, xüsusilə də Almaniya arasında münasibətlərin gərginləşməsinə yol açır. Ukrayna prezidenti Volodimir Zelenski son vaxtlar həm Avropa Birliyini, həm də vəd etdiyi silahların göndərilməsini müxtəlif bəhanələrlə gecikdirən Almaniyanı sərt şəkildə tənqid edir, ittihamlara məruz qoyur. Prezident V.Zelenski Rusiya ilə sülh sazişinin Ukrayna əraziləri hesabına olmayacağını vurğulayır.

Anlaşılan odur ki, Ukrayna savaşı artıq Rusiyaya qarşı beynəlxalq koalissiyanın parçalana biləcəyi mərhələyə yaxınlaşmaqdadır. Hər halda, savaş uzandıqca, hesablamaları yanlış çıxanlar tədricən baş qaldırmağa və özlərini üzləşə biləcəkləri ziyandan yayındırmağa çalışırlar. Tam əminliklə iddia etmək olar ki, Almaniya, Fransa və İtaliya Kremlin belə çətin duruma düşəcəyini, eləcə də, Ukraynanın uzun müddət müqavimət göstərə biləcəyini gözləmirdilər. Bu ölkələr Rusiyanın Ukrayna üzərində qəti qələbəsində maraqlı olduqlarını gizlətməkdə çətinlik çəkirlər.

13135124-a73d-4d7a-a1c6-d325367249c8.jpg (237 KB) 

Ona görə də, indi artıq əsasən, ABŞ və Böyük Britaniyanın liderlik etdiyi bir qrup dövlət Ukraynanın qələbəsi üçün israrlı çəhdləri davam etdirirlər. Ona görə də hazırda Ukrayna savaşının Qərbi Avropa ölkələri ilə anqlo-sakslar arasında kəskin rəqabətə çevrilmək üzrə olduğunu da düşünmək olar. Əgər, Rusiya qalib gələrsə, bu, yalnız ABŞ və Böyük Britaniyanın deyil, həm də bütövlükdə NATO-nun iflası demək olacaq. Bu halda, Qərbi Avropa ölkələrinin anqlo-saksları qitənin təhlükəsizlik sistemindən kənarlaşdırmağa və əvəzindəsə, Rusiyanın da yer ala biləcəyi yeni “hərbi müdafiə çətiri” qurmağa çalışacaqları qətiyyən şübhə doğurmur.

Təbii ki, ABŞ və Böyük Britaniya hadisələrin belə inkişaf təhlükəsi ilə barışa bilməz. Ona görə də, böyük ehtimalla savaş ilk növbədə Rusiya, ona paralel olaraq da, Avropa Birliyi iqtisadi cəhətdən çökənə qədər davam etdiriləcək. Çünki, bu, həm də Avropa Birliyinin əsas iqtisadi tərəfdaşlarından olan Çinin də zəifləməsinə və ardınca da çökməsinə yol aça bilər. Yəni, Ukrayna savaşı ABŞ və Böyük Britaniyaya eyni vaxtda Rusiya, Avropa Birliyi və Çini zəiflətmək şansı yaradır.

Belə ehtimal etmək olar ki, bundan sonrakı mərhələdə Rusiyaya qarşı sanksiyalar, həm də Avropa Birliyi və Çinin də əleyhinə çevrilmiş olacaq. Bu isə o deməkdir ki, ABŞ və Böyük Britaniya Ukrayna savaşını törətməklə, yalnız Rusiyanı deyil, həm də Avropa Birliyi və Çini də “hərbi-iqtisadi bataqlığa” salıb. Üstəlik, Ağ Ev və London Rusiyaya qarşı sanksiyaların tətbiqinə məcbur etdiyi Avropa Birliyini öz əleyhinə qərarların qəbuluna yönəldə bilib. Bu isə Rusiya kimi, buraxılan səhvlərdən gec nəticə çıxaran Avropa Birliyinin “könüllü intihara” məcbur edilməsi anlamı da daşıyır.

Elçin XALİDBƏYLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam