Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PAŞİNYANIN “QULAĞINI” KİM ÇƏKDİ? –Putinin Qarabağ tənzimlənməsinə növbəti “töhfəsi” açıqlandı

“Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur. Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik... Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu...”

Yenixeber.org: Bunları Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. Bu açıqlama gerçəkdə sülh prosesinin kim, daha doğrusu, kimlər tərəfindən əngəlləndiyini və pozulduğunu anlamağa imkan verir.

 

 

Aprelin 6-da Avropa İttifaqı Şurasın Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən üçtərəfli görüşü sülh prosesilə bağlı xeyli ümidlər yaratmışdı. Çünki bu görüşün təşkilatçısı və təşəbbüskarı olan Avropa İttifaqı digər “vasitəçilər”dən fərqli olaraq, demək olar, hər hansı şəxsi maraqlar, regionda hegemonluq, imperiya iddiaları güdmədən Azərbaycanla Ermənistanın birbaşa, ikitərəfli komissiya yaradaraq, sülh sazişinə doğru irəliləməsində maraqlı idi. Sözügedən görüşdən sonra Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar, xüsusilə “Qarabağla bağlı tələblər plankasının endirilməsi” barədə dedikləri, Azərbaycanın irəli sürdüyü beş şərtin prinsip etibarilə qəbul olunması kimi məsələlər, nəhayət ki, tərəflərin razılığa yaxın olduğuna dair təsəvvür yaradırdı. Ancaq çox keçmədi ki, İrəvanda Moskvanın Ermənistandakı tör-töküntüləri küçələrə axışmağa başladılar. Onlar, sayları çox olmasa da, vəziyyyəti gərginləşdirməyə, Paşinyana qarşı təzyiqləri artırmağa müvəffəq oldular. Buna paralel olaraq, başı Ukraynada düşdüyü bataqlığa qarışmasına rəğmən, aprelin 19-da Putin Paşinyanı Moskvada qəbul etdi. Rusiya XİN isə nazir başda olmaqla, Şarl Mişelin təşəbbüsünü və əldə olunmuş razılaşmaları açıq şəkildə deskriditasiya etməyə başladı. Bildirdilər ki, Avropa İttifaqı guya Rusiyanın Qafqazdakı diplomatiyasının zəhmətini yerə vurmağa, onun sülhlə bağlı nailiyyətlərinə sahib çıxmağa çalışır. Hansı ki, Rusiyadan fərqli olaraq, Avropa İttifaqı özünün dominantlıq edəcəyi üçtərəfli deyil, birbaşa, ikitərəfli komissiyanın yaradılması təklifilə çıxış etmişdi və tərəflər də buna razılaşmışdılar. Bu variant isə Rusiyanın təklif və təşkil etdiyi “sülh”dən daha etibarlı və mötəbər idi. Hələ aprelin 19-da keçirilmiş Putin-Paşinyan görüşündən öncə bir çox politoloqlar bu görüşün sülh prosesini tormozlayacağını proqnozlaşdırmışdılar. Görüşdən sonra Paşinyanın verdiyi ikibaşlı açıqlamalar, sürüşkən ifadələr göstərdi ki, həmin pessimist proqnozlar özünü doğrultmağa başlayır. Deməli, belə nəticə çıxır ki, həmin görüşdə, loru dildə desək, Putin növbəti dəfə Paşinyanın “qulağını çəkib” və ona Brüsseldəki razılaşmaları unutmağı “tövsiyə edib”. Bunun da nəticəsi olaraq, Azərbaycan tərəfi öz üzərinə düşəni yerinə yetirməsinə, komissiyada ölkəmizi təmsil edəcək heyəti formalaşdırmasına baxmayaraq, Brüssel razılaşşmasının əleyhinə olaraq, Ermənistan tərəfi götürdüyü öhdəliyi yerinə yetirməyib. Nə heyət formalaşdırmayıb, nə də ikitərəfli komissiyaya qatılmayıb. Azərbaycan Prezidentinin Litva Prezidentilə görüşdə söylədiyi fikirlər də bunun əyani sübutudur.

 

Təəssüf ki, beləliklə də sivil dünyanın, beynəlxalq birliyin əhəmiyyətli tərkib hissəsi olan Avropa İttifaqının timsalında Azərbaycanla Ermənistan arasında dayanıqlı və qəti sülhün əldə edilməsi istiqamətində atdığı növbəti addım Moskva tərəfindən bloklanmış oldu. Bu isə bir daha göstərir ki, Putin Rusiyası və onun əli qana batmış “diplomatiyası” regiondan əlini çəkməyincə, dayanıqlı sülhə nail olunmayacaq. Çünki uzaq və yaxın tarixdən ibrət çıxaran hər kəsə Rusiya “diplomatiyası”nın Qafqaza yalnız qan-qada, ədavət, xalqlar arasında düşmənçilik və öz imperiya maraqlarının təminatından başqa heç nə gətirmədiyi gün kimi aydındır... “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam