Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyasayağı müttəfiqlik...-Partiya sədri yazır

 
Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında 22 fevral Mockva Bəyannaməsini və 6 aprel Brüssel sazişini heçə endirən 19 aprel Mockva razılaşması
Yenixeber.org: Müstəqilliyini çoxdan itirmiş, vassall Ermənistanın ikiüzlü, qorxaq, mövqesiz, qamış kimi hər tərəfə əyilməyə vərdişkar olmuş baş naziri Paşinyanın, Ukrayna avanturasında ciddi məğlubiyyətə uğrayaraq quduzlaşmış təcavüzkar Rusiyaya səfəri və V.Putinlə görüşünün nəticələri bir daha əyani şəkildə sübut etdi ki, Rusiya üçün “müttəfiqlik” anlayışı yoxdur və öz məqsədlərinə nail olmaq üçün tüpürdüyünü yalamaqdan çəkinmir. 22 fevral 2022-ci ildə Moskvada Azərbaycanla Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” imzalandıqdan sonra Azərbaycanda bəziləri belə hesab edirdi ki, Rusiya artıq “ağıllanıb”, Qarabağ ermənilərinin seperatçılıq hərəkətlərinə son qoymaq üçün həm bu Bəyannamədən, həm də 10 noyabr 2020-ci il üçtərəfli sazişlə üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevlə N.Paşinyanın 6 apereldə Ş.Mişellə görüşündə əldə edilmiş razılaşmanı özünün Cənubi Qafqazdakı mənafelərinə zərbə hesab edən Rusiya revanş üçün çox gözləmədi, 19 apreldə N.Paşinyanı Moskvaya dəvət edərək elə şapalaqladı ki, o, Brüssüldə ona verilən sülh göyərçinini buraxaraq ənənəvi zurnasını çalmağa başladı. Aldığı qapazdan müvazinətini itirən Paşinyan Moskva səfərindən dərhal sonra bəyan etdi ki, Qarabağ ermənilərinin razılığı olmadan heç bir sülh sazişinə imza atmayacaq.  Bu, bədbəxt ermənilərin bədbəxt baş naziri, hələ də anlamayıb ki, Azərbaycanla sülh sazişini imzalamasa növbəti kaputulyasiya sazişini imzalamalı olacaq! Və bu rusvayçılıqdan onu heç kim, nə dəfələrlə satdığı Rusiya, nə də Qərb, qurtara bilməyəcək!
19 aprel Moskva görüşündən sonra bəzi siyasətçilər yenə də belə fikir irəli sürürlər ki, Qarabağda erməni seperatçılığına son qoymaq üçün vassal Ermənistanla yox, erməni havadarı Rusiya ilə danışıqlar aparmaq lazımdır. Səmiliklərinə şübhə etmədiyim bu siyasətçilərin nəzərinə çatdırmaq istəyirəm ki, Rusiya ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə”dən daha kəsərli bir sənəd imzalamaq mümkündürmü?
Görünən odur ki, V.Putinlə N.Paşinyan arasında imzalanmış 19 aprel Mockva razılaşması müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında 22 fevral Mockva Bəyannaməsini və 6 aprel Brüssel sazişini heçə endirmiş oldu. Təbiidir ki, Azərbaycan qeyd edilən razılaşmadan müvafiq nəticələrini çıxaracaq və ərazi bütövlüyünü, süverenliyini tam təmin etmək üçün gərəkən tədbirləri daha qətiyyətlə həyata keçirəcək. Buna heç kəsin, nə Paşinyanın, nə də başını itirmiş Putinin heç bir şübhəsi olmasın! N.Paşinyan nərərə alsın ki, ikinci dəmir yumuruqdan sonra başı bədənindən qopa bilər!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam