Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Türkiyəli general Moskva bəyannaməsini -DƏSTƏKLƏDİ

Xəbər verildiyi kimi, ötən gün Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Yenixeber.org: Müxtəlif sahələrdə müttəfiqlik əlaqələrini əhatə edən Moskva bəyannaməsi Azərbaycan və Rusiya tərəfindən tarixi hadisə kimi qiymətləndirilir. Bildirilir ki, sözügedən sənəd iki qonşu ölkənin əlaqələrinin daha da möhləmləndirilməsinə öz töhfəsini verəcək.

Moskva bəyannaməsinə qardaş Türkiyədən də müsbət reaksiyalar gəlir.

Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş  Moskva bəyannaməsini normal qarşıladıqlarını, ölkələrin qərarına hörmətlə yanaşdıqlarını bildirib.

O bildirib ki, digər ölkələrlə bağlanan sazişlər Azərbaycan və Türkiyənin münasibətlərinə xələl gətirə bilməz.: "Azərbaycan və Rusiya arasında bağlanan müqavilə iki ölkə tərəfindən qəbul edilib. Biz bunu normal qarşılayırıq. Bu sənəd Türkiyə və Azərbaycan arasında bağlanan Şuşa Bəyannaməsinə təsir edə bilməz. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da bağlayan, strateji əlaqələrini gücləndirən qardaşlıq bəyannaməsidir. Əlbəttə, Şuşada imzalanan müqavilə ölkələrimizi daha çox maraqlandırır"

General, həmçinin müttəfiqlik sənədinin Azərbaycan üçün faydalı olacağına inanımı ifadə edib. Azərbaycanın müstəqil dövlət olduğunu söyləyən Ərdoğan Karakuş Türkiyənin qardaş ölkə olaraq, rəsmi Bakının qərarlarına hörmətlə yanaşdığını, bundan sonra da xalq və dövlət olaraq Azərbaycanın yanında olacaqlarını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam