Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AAYDA müharibə iştirakçılarının haqqını belə yeyir-PREZİDENTƏ MÜRACİƏT

              AAYDA-də maşınlar sürücülərə 1000 manat müqabilində icarəyə verilir...

Yenixeber.org: Redaksiyamıza Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 saylı Xüsusi Təyinatlı MMC-də çalışan 10 nəfər əməkdaşının başda dövlət başçısı olmaqla, müxtəlif yüksək instansiyalara ünvanladıqları müraciətin surəti daxil olub. Müraciətdə Vətən Müharibəsində iştirakçı olmuş sürücülərin haqqlarının yeyilməsindən və bu qurumda mənimsəmə hallarından bəhs olunur. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:  

"Yazıb Sizə bildiririk ki, biz-bir qrup sürücü AAYD-nın tərkibində 3 saylı Xüsusi Təyinatlı

MMC-də çalışırdıq. Əksəriyyətimiz 12-16 illərin sürücüləriyik. Cənab Ali Baş Komandanın əmri ilə vətən müharibəsində iştirak etmək üçün ezam olunduq. Hər kəs kimi bizdə də böyük ruh yüksəkliyi var idi. Ezam olunduğumuz hərbi hissələrdə canla-başla xidmət etdik. Bizim də 44 günlük zəfərdə müəyyən qədər payımız oldu. Nə xoş bizlərə demək olar ki, hər birimiz xidmət etdiyimiz hərbi hissələr tərəfindən Fəxri Fərmanlarla təltif olunduq. Biz fikirləşirdik ki, geri döndükdə idarə rəhbərliyi tərəfindən yüksək qiymətləndiriləcəyik. Ancaq bunun tam əksini gördük. Bizim idarədə 5 günlük iş rejimi ilə işlədiyimiz halda, vətən müharibəsində 7/24 saat çalışmağımıza məhəl qoymadılar. İdarə rəhbərliyi tərəfindən bizlərdən texniki xidmət və sığorta haqqı tələb etdilər. İdarənin baş mexaniki Əlizadə Nəsimi bizlərə mesajlar və kart nömrələrini göndərməklə bunları tələb edirdilər. Qayıtdıqdan sonra idarənin rəhbəri Elşən Cəfərov və Məzahir Mahmudov maşınlarda olan texniki qüsurları bu sürücülərin əksəriyyətinin öz şəxsi hesabına təmir olunmasını təşkil etdilər. İdarədə gedən özbaşınalıqlara son qoyulmasını Sizdən xahiş edirik. Hal-hazırkı vəziyyət çox acınacaqlıdır. Vətən müharibəsində iştirak etmiş sürücülər öz haqlarını istədikdə həmin sürücülərin 80-85 faizini AAYDA-nin tərkibində olan digər rayonlardakı yol idarələrinə birdəfəlik transfer edirlər.

Cənab Prezident! Vətənin hər qarış torpağından ötrü canından keçən iştirakçılara verilən qiymət, dəyər budurmu? İdarənin daxilində hər kəsi öz şəxsi mənafeləri üçün saxlayırlar, idarə etdikləri maşınları həmin sürücülərə 1000 manat müqabilində icarəyə verirlər. Müharibə dövründə də həmin insanları cəbhəyə göndərmədilər. İndi də həmin insanlar öz şəxsi mənafeləri üçün idarədə qalır. Bu nə dərəcədə düzgündür? İdarə rəhbəri Elşən Cəfərovun və ondan əvvəl işləyən, hal-hazırda AAYDA-nin Nəqliyyat Şöbəsinin rəisi işləyən Azadəli Azadləiyevin və Məzahir Mahmudovun göstərişləri ilə hərəkət edib. Buna sübut üçün Məzahir Mahmudovun əməkhaqqı kartını araşdıra bilərsiniz.

Azadəli Azədəliyev və Məzahir Mahmudovun qurduqları plan üzrə maşınlar 50-260 km məsafələrə paylanıldı. Sürücülər öz idarəmizdə işlədiyi halda, 685 manat əməkhaqqı alırdısa, digər rayonlarda bu rəqəm 320-350 manat arasında dəyişir. Öz idarəmizdən ezam olunduqda bizi yemək və yataqla təmin edirdilər. Belə olduğu halda isə etmirlər. Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə göndərilən SMS və məktublar haqqında ölçü götürəsiniz. Biz vətən müharibəsi vaxtı gecə-gündüz bilmədən çalışdıq, torpağın üzərində yatdıq. Qayıtdıqdan sonra isə maşınlara dəymiş ziyanı bizə vəd verib özümüzə təmir etdirdilər, ehtiyat hissələrini isə özümüzə aldırdılar. Dövlət tərəfindən bizə ayrılmış vəsaiti demək olar ki maşınlara xərcələdik.

İdarənin təqaüdçü və ehtiyat sürücülərini yox, məhz vətən torpağından ötrü canından keçənləri, hətta iki dəfə iştirak etmiş sürücüləri işdən kənarlaşdırdılar.

Dəfələrlə Sizlərə müraciət etməyimizə baxmayaraq, bu işlərələ maraqlanan yoxdur. Dövlətin etibarından istifadə edib onların malını, mülkünü və vətəndaşlarını incidən məmurları layiqincə cəzalandırmırlar. Əksinə daha da Prezidentin göstərişlərinə zidd gedirlər. Qarabağ müharibəsi iştirakçılarına böyük təzyiqlər göstərirlər. Bunu sizlərə demək bizim borcumuzdur.

Sizdən başqa ümid yerimiz yoxdur. Sizdən köməklik istəyirik. Bütün dövlət orqanlarından xahiş edirik ki, bizə bu işdə lazımi köməklik göstərsinlər.

Əvvəlcədən Sizə təşəkkür edirik və minnətdarlığımızı bildiririk".

Redaksiyadan: yenixeber.org-a daxil olmuş bu müraciətlə bağlı AAYDA-nin, adları hallanan tərəflərin mövqeyini öyrənmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...Cavab haqlarını tanıyırıq.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam