Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Erməniləri dəli edəcək hadisə:Türkiyə-Azərbaycan anlaşması!

Milliyet, Türkiyə
17.06.2021


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından 28 il sonra azad olunmuş Dağlıq Qarabağın Şuşa şəhərini ziyarət edibBurada o, Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə görüşüb. Bu günədək heç bir Türkiyə liderinin Qarabağa səfər etmədiyini nəzərə alsaq, bu hadisəni Ərdoğanın bir ilkə imza atdığını söyləyə bilərik. Digər tərəfdən, iki ölkə arasında Şuşada imzalanmış razılaşma erməniləri əməlli-başlı qəzəbləndirib. Təfərrüatları təqdim edirik...

Yenixeber.org: Prezident Ərdoğan “TC-TUR” seriyalı təyyarə ilə Azərbaycan paytaxtı Bakıya enib. Heydər Əliyev Beynəlxalq Hava Limanında cənab Ərdoğanı Azərbaycan baş nazirinin müavini Yaqub Əyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin Bakıdakı səfiri Cahid Bağcı qarşılayıblar.

Türkiyədən gəlmiş qonaqlar arasında R.T.Ərdoğanın xanımı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Türkiyə prezidentinin mətbuat xidmətinin rəisi İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının (ƏİP) mətbuat xidmətinin rəisi Ömər Çelik, Rizədən seçilmiş (ƏİP) millət vəkili və NATO Parlament Assambleyasındakı Türkiyə qrupunun rəisi Osman Aşkın Bak da var idilər.

                                             Şüşada görüş
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından 28 il sonra azad olunmuş Dağlıq Qarabağın Şuşa şəhərinə gəlib. Burada o, azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşüb.
                                  Erməniləri qəzəbləndirən razılaşma
Ermənistanda keçiriləcək seçkidə Nikol Paşinyanın əsas rəqibi olacaq Robert Koçaryanı açıq şəkildə dəstəkləyən Rusiyaya aid “Sputnik” informasiya agentliyinin erməni xidməti xəbər verir ki, Türkiyə ilə Azərbaycanın Dağlıq Qarabağın yenidən inşası ilə bağlı razılığa gəliblər.
Ümumilikdə isə Ermənistan mətbuatı Ərdoğanla Əliyevin Şuşa ziyarətindən heyrətini gizlətmir. Erməni KİV-də “Əliyev ilə Ərdoğan işğal edilmiş erməni şəhəri Şuşada” kimi təxribatçı başlıqlar diqqət çəkir.

Tarixi şəhər olan Şuşanın azad olunması 44 gün davam etmiş və Azərbaycanın qələbəsi ilə bitmiş İkinci Qarabağ müharibəsinin taleyini dəyişmiş hadisədir. Məhz Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan təslimçi sazişi imzalamaq məcburiyyətində qalmışdı.

BMT-nin də qərarlarında Qarabağı işğal etdiyi göstərilən, Ermənistan tərəfindən dəstəklənən yerli idarəetmə orqanları prezident Ərdoğanın Şuşa səfəri ilə bağlı yazılı bəyanatla çıxış edib. Bəyanatda Ərdoğanın Dağlıq Qarabağı ziyarəti yeni qarşıdurma təşəbbüsü kimi qiymətləndirilir.
                        Şuşa Azərbaycan üçün sıradan şəhər deyil
Prezident Ərdoğanın ziyarət etdiyi Şuşa azərbaycanlılar üçün çox sayda tarixi abidəyə malik olması, bir çox qabaqcıl elm və mədəniyyət xadimini yetişdirməsi ilə adi şəhərlərdən daha çox əhəmiyyət daşıyır. Şuşa Azərbaycan tarixi və mədəniyyətinin rəmzlərindən olmaqla, həm bölgəyə hakim coğrafi mövqeyi, Dağlıq Qarabağın ən böyük şəhəri olan Xankəndiyə aparan yolun üzərində yerləşməsi ilə strateji əhəmiyyət kəsb edir. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulmuş Şuşa həm çoxsaylı abidələrə sahib olması, həm də saysız-hesabsız elm və mədəniyyət xadiminin burada doğulması səbəbilə sadəcə Şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün mühüm şəhərdir.
Beləliklə, prezident Ərdoğanın Qarabağın rəmzi hesab olunan Şuşanı ziyarət etməsi Azərbaycanın Qafqazda yalnız olmadığını, iki ölkənin birlikdə olduğunu dost-düşmənin gözləri önündə sərgiləmək baxımdan da rəmzi və tarixi əhəmiyyət daşıyır. Bu günə qədər heç bir Türkiyə lideri Qarabağa səfər etməyib. Odur ki, Ərdoğanın ilkə imza atdığını söyləyə bilərik.

Səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında Qarabağın bərpası haqda sənəd də daxil olmaqla, bir sıra siyasi və iqtisadi müqavilələr imzalanıb. Onların Şuşada imzalanması Qarabağ və Cənubi Qafqaz bölgələri ilə əlaqədar planları olan bütün güclərə mesajdır. 15 iyun tarixinin Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunması da bu ziyarətə başqa bir məna qazandırır.
Tarixi və mədəni zənginlikləri və təbii gözəllikləri sayəsində Qarabağın rəmzi olan Şuşa məşhur bəstəkar və musiqiçiləri ilə həm də “Azərbaycan musiqisinin beşiyi” adlandırılır. Mərhum prezident Heydər Əliyev Şuşanı “bu, Azərbaycan xalqının, dədə-babalarımızın yaratdığı böyük bir abidədir. Şuşa sadəcə Şuşa camaatı üçün deyil, bütün azərbaycanlılar üçün müqəddəs şəhər, müqəddəs qala, müqəddəs abidədir” sözləri ilə tərif etmişdi.

Bir müddət əvvəl isə prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib.
Xatırladaq ki, SSRİ-nin parçalanmasından istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edən ermənilərin başlıca hədəflərindən biri məhz Şuşa olub. Onlar 1991-ci ildə başladıqları təcavüzlə əvvəlcə Xankəndi şəhərini işğal etmiş, ardınca – 26 fevral 1992-ci ildə Xocalı qəsəbəsini ələ keçirmişdilər. Bu zaman Ermənistan silahlıları aralarında qadın və uşaqlar da olmaqla, 613 dinc sakini qətlə yetirib. Xocalı qətliamı Qarabağ müharibəsinin ən böyük qətliamıdır. Nəhayət, Ermənistan qüvvələri 8 may 1992-ci ildə Şuşanı işğal etmişdi. O zaman şəhərin müdafiəsində yüzlərlə azərbaycanlı həlak olmuş, çox sayda azərbaycanlı əsir götürülmüş və ya itkin düşmüşdü.

İşğal Azərbaycan iqtisadiyyatına da böyük zərbə vurub. Minlərlə insan doğma ocaqlarını tərk etməyə məcbur olub, azərbaycanlılara aid 300-dən çox tarixi abidə dağıdılıb. Həmin illərdə işğaladək 20 mindən artıq azərbaycanlının yaşadığı Şuşaya ermənilər köçürülmüşdü. Əvəzində, əsrlər boyu Şuşanın gerçək sahibi olmuş azərbaycanlılar 28 il Azərbaycanın digər bölgələrində yaşamaq məcburiyyətində qalıb. Ermənistanda 8 may (Şuşanın ermənilər tərəfindən işğal olunduğu gün - WM) bayram kimi qeyd olunurdu. Azərbaycanda isə bu tarix 28 il idi hüznlü gün kimi yaşanırdı.

Nəhayət, Azərbaycan Ordusu 28 il sonra həyata keçirdiyi əks-hücumla işğal altındakı rayonlarını bir-birinin ardınca azad edib. 2020-ci il noyabrın 8-də isə Şuşa da azadlığına qovuşub.
Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən Şuşa şəhəri təbii gözəlliyi ilə diqqət çəkir. Sovet İttifaqı dövründə bölgəyə axın edən turistlərin daha çox ziyarət etdiyi, şəfalı bulaqları ilə məşhur olan Şuşa üç tərəfdən hündür qayalarla əhatə olunduğundan, qala-şəhər də adlandırılır.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam