Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Moskva. Oktyabr, 1941-ci il. Böyük panika –Almanlara gözəl görünmək istəyən qadınlar da olub

 

 

II dünya müharibəsinin ən yadda qalan hadisələrindən biri 24 iyun 1945-ci ildə Moskvada keçirilən qələbə paradı sayılsa da, qürurlu SSRİ paytaxtının “xəcalətli” günləri də olub. Bir müddət bu gizlədilsə də, sonradan 1941-ci ilin 15-17 oktyabr günləri tarixə “Moskva panikası”, “Moskva xəcaləti” adı ilə həkk olunub.

Yenixeber.org: Maraqlıdır, həmin günlər qalib ölkənin paytaxtında hansı hadisələr cərəyan edib?

Marşal Georgi Jukov öz memuarlarında 1941-ci ilin oktyabr günlərini belə xatırlayıb:
“Moskva uğrunda döyüşlər gedirdi. Həmin ərəfədə biz Moskvanın sərhədlərini qoşunlarla tam əhatə etmək gücündə deyildik. Ən çox təhlükə gözlədiyimiz istiqamətlərə beş ordu yerləşdirmişdik. Oktyabrın 12-də almanlar Kaluqanı, 14-də Borovskunu almışdılar. Paytaxtın real işğal təhlükəsinin tam yaxınlığında idik. Şəhər sakinləri təşviş içərisində idi. Biz təxliyə haqqında qərar çıxarmaq məcburiyyəində qalmışdıq...”

slide-18.jpg (165 KB)

Oktyabrın 15-də Dövlət Müdafiə Komitəsinin üzvləri 807 nömrəli qərara imza atıblar. Həmin qərarda Mərkəzi Komitə aparatının, Nazirlər Sovetinin, Baş Qərargahın, diplomatik korpusların və digər dövlət qurumlarının Kuybışevə təxliyə edilməsi göstərilib və elə həmin gündən də qərarın icrasına başlanılıb. Qərar məxfi saxlanılıb.

Sözügedən qərardan məlumatsız olan əhali rəhbərliyin Moskvanı tərk etməsindən (Stalin və Beriya şəhəri tərk etməyiblər) xəbər tutanda təşvişə düşüblər və elə qəbul ediblər ki, Kreml Moskvanı almanlara təhvil verir.

scale_1200 (1).jpg (105 KB)

Əhalini təşvişə salan digər bir səbəb metronun bağlanması, ictimai nəqliyyatın işləməməsi, müəssisə və təşkilatların bağlı olması olub ki, bununla da on minlərlə paytaxt sakini şəhərdən qaçmağa qərar veriblər.

Əslində metronun bağlanması, obyektlərin işləməməsi, hətta Böyük Teatrın, mehmanxanaların, kinoteatrların, konsert zallarının bağlı olması heç də şəhərin almanlara təhvil verilməsi ilə bağlı olmayıb. Bütün göstərilən obyektlər minalanıb, Moskva işğal olunacağı təqdirdə onların partladılması nəzərdə tutulub.

KOG_139599_00002_2_t218_205611.jpg (168 KB)

Oktyabrın 15-də anlaşılmazlıq pik həddə çatıb. Panikaya düşən şəhər sakinləri çiyinlərində daşımaqları mümkün olan əşyalarını götürüb vağzallara üz tutublar. Heç bir nəqliyyatın işləməməsi isə təşvişi daha da artırıb. Piyada yollara çıxan əhali özlərini kimsəsiz və köməksiz sayıblar.

Üç gün davam edən panika Moskvada bir çox xoşagəlməz hadisələrlə müşayiət olunub. Mağazalar qarət edilib, dövlət idarələrinin şüşələri sındırılıb, küçədə olan avtomobillərə zərər yetirilib.
Ən maraqlı məqamlardan biri isə qadın salonlarında baş verib. Belə ki, bütün obyektlər bağlı olduğu halda qadın salonlarında növbələr yaranıb. Aktrisa Yelena Kuzmina bu haqda yazıb:

“Şəhərin ən çaxnaşmalı vaxtında qadın salonunda növbə hər saat uzanırdı. Bu məni təəccübləndirirdi və mən marağımı gizlətməyib növbə gözləyən müştərilərdən bunun səbəbini soruşdum. Cavab verdilər ki, almanları gözəl görünüşdə qarşılamaq lazımdır...”

65-1.jpg (129 KB)

Noqinskdə yerləşən 12 nömrəli zavodda isə qaçmağa hazırlaşan işçilər zavodun direktorunu çətin vəziyyətə salıblar. 100 nəfərdən artıq zavod işçisi anbarda saxlanılan 30 ton spirtin onlara verilməsini tələb ediblər. Zavodun direktoru Matvey Nevstruyev tələbi yerinə yetirməkdən imtina edib, spirti kanalizasiya boşaldıb. Bundan qəzəblənən zavod işçiləri direktoru ölümcül vəziyyətə qədər döyüblər.
3 nömrəli çörək zavodunda da vəziyyət gərgin olub. Zavoda hücum edilərək bütün məhsullar götürülüb, sonra isə avandanlıqlar dağıdılıb.

Şəhərin bütün məkanlarında bu cür hadisələr baş verib.

Panikaya uymayan, təşvişə düşməyən sakinlər də çox olub. Bir neçə zavodun fəhlələri birləşərək könüllü şəkildə Moskvanın müdafiəsinə yollanıblar.

1-35-768x540.jpg (147 KB)

Moskvanın ən böyük rayonlarının birində isə evlər idarəsinin müdiri Mariya Kuznetsova fərqli bir vasitəyə əl atıb. O, yaşayış massivinin sakinlərini bir yerə yığaraq təklif verib. Kim sağ qalmaq istəyirsə bu şəkili sinəsinə vursun, almanlar həmin adamlara toxunmayacaqlar, deyə Kuznetsova çantasından Hitlerin şəkillərini çıxarıb. Sakinlərdən yalnız bir qadın şəkili götürüb. Qalanları isə Moskvanı qorumaq üçün bütün tapşırıqları yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Şəhərdə yaranmış xaos Kremli, şəxsən İosif Stalini hədsiz dərəcədə narahat edib. Dövlət Müdafiə Komitəsinin təcili yığıncağı çağrılıb. 19 oktyabrda Dövlət Müdafiə Komitəsi Moskva şəhərii haqqında 813 nömrəli qərar qəbul edilib. Sərt tədbirlər nəticəsində şəhərdə qayda-qanun yaradılıb. Bir neçə gündən sonra isə Moskva ətrafındakı alman qoşunları məğlubiyyətə uğrayaraq geri çəkilməyə başlayıblar. Daha bir neçə gündən sonra isə paytaxt sakinləri 15-17 oktyabr hadisələrinin utanc hisslərlə xatırlayıblar.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam