Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ağsuda torpaqlar belə pay-puş edilir-Prezidentə müraciət+FOTOLAR+VİDEO

 
Yenixeber.org: Bir müddət əvvəl Ağsu rayonunun Bico kənd sakinləri tərəfindən kəndin 700 hektardan çox örüş sahələrinin və bələdiyyə torpaqlarının kənd camaatına təklif olunmadan bələdiyyə sədrləri tərəfindən uzunillik müqavilələrlə yerli və kənar şəxslərə icarəyə verilməsi barədə redaksiyamıza kollektiv şikayət məktubu daxil olmuşdu. Kənd sakinləri bildirmişdilər ki, bələdiyyə sədrlərinin özbaşınalıqları barədə ölkə prezidentinə, baş prokurorluğa, İİN yanında Əmlak məsələləri dövlət xidmətinə və ƏN-nin Bələdiyyələrlə iş mərkəzinə də kollektiv müraciətlər göndəriblər. Müraciətləri lazımınca həll edilmədiyindən Bico kənd sakinləri haqq səslərinin ünlənməsi üçün yenidən bizə müraciət ediblər.
Müraciətdə yazılır: "Prezidentə və ali dövlət qurumlarına müraciətlərdə xahiş etmişdik ki, problemin araşdırılmasını yerli orqanlara həvalə etməsinlər, çünki yaranan problemlərdə onların da öz payı var. Lakin xahişimiz nəzərə alınmadı, müraciətlərimiz baxılması üçün yenə aşağı qurumlara yönləndirildi və təbii ki, nəticə yenə istismarçıların xeyrinə həll olundu.
Baş prokurorluğun Ağsu rayon İH-yə göndərdiyi "Sizə aid olan hissədə araşdırın" göndərişinə ümumiyyətlə cavab gəlmədi. Bələdiyyələrlə iş üzrə Göyçay regional idarəsindən və Əmlak məsələləri xidmətinin Şamaxı regional idarəsindən isə guya problem araşdırıldıqdan sonra kənd sakinlərinə cavab məktubu göndərilib ki, kənd bələdiyyə sədrinin verdiyi məlumata görə, Bico kəndində uzunillik müqavilələrlə icarəyə verilmiş torpaqlar tam qanuni istifadədədir və kəndin örüş sahələri bütünlüklə kəndin istifadəsindədir. Halbuki həmin qurumlardan kəndin problemli ərazilərinə nə baxış keçirilib, nə də araşdırma aparılıb. Sumax meşəsinin məhv edilib əkin sahəsinə çevrilməsinə ETSN-nin 6 saylı İsmayıllı regional idarəsinin Babək və Qoşqar adlı əməkdaşları da oxşar yanaşma ilə məsələyə baxıblar. Sumax meşəsinin tar-mar edilərək yerində taxıl əkilməsinə belə don geyindiriblər ki, guya sumağlıq ərazidə qazıntı işləri aparılıb və buna görə bir nəfər 450 manat məbləğində cərimələnib. Lakin sonradan müraciətlər əsasında Baş prokurorluq və onun timsalında Ağsu rayon prokurorluğu işi araşdırmağa başladı. Nəticəsi də budur ki, bir neçə gündür iri tonnajlı ağ bir yük maşını ilə qırılmış sumax ağaclarını sözügedən ərazidən təmizləyib daşımaqla işi ört-basdır etməyə çalışırlar, hansı ki, kənd camaatında qırılmış meşəliyin video və foto görüntüləri var(videoların bir neçəsi mətbuatda və sosial şəbəkələrdə də paylaşılıb). Prokurorluq əməkdaşlarının bu hadisəyə susqunluğu çox maraqlı və qəribədir.
Digər bir məsələ 200 hektar örüş sahəsinin əkin sahəsi kimi istifadə olunmasıdır. Sözügedən ərazi 2004-cü ildə kənd bələdiyyə sədri Nəbi Mahmudov tərəfindən "Batabat" MMC adlı təşkilata, örüş sahəsi olmasına baxmayaraq, "üzümçülüyü inkişaf etdirmək məqsədilə" 99 illik icarəyə verilib. Ərazidə üzüm bağı salınsa da, bir ildən sonra "Batabat" adlı MMC-nin bircə əməkdaşı belə həmin ərazidə görünməyib. Görünür, dövlətdən subsidiya almaq məqsədilə salınan bağ yaranmamışdan əvvəl məhvə məhkum imiş. Üstəlik, adıçəkilən MMC 15 il müddətində bələdiyyə fonduna bir qara qəpik də icarə haqqı ödəməyib, yəni müqavilə öhdəliyini aşkarca pozub. Buna baxmayaraq, kənd bələdiyyə rəhbərləri bu müddətdə "Batabat" MMC-nin istifadəsinə qanunsuz şəkildə verilmiş 200 ha ərazini məhkəmə yolu ilə geri qaytarmaqda maraqlı olmayıblar. 15 il sonra, 2019-cu ildə "Batabat" rəhbərliyinin yadına düşüb ki, Bico kəndində müvəqqəti icarə torpağı var və həmin torpağı MMC-də olan müddətə Ərəstun Hüseynov adlı Bakı sakininə satmaq lazımdır. MMC-nin yetkilisi Hüseynov Saleh Nuru oğlunun adından satıcı Abdullayev Həsən Məmməd oğlu, alıcı isə Hüseynov Ərəstun Musa oğludur. 2004-cü ildə bələdiyyə ilə bağlanmış müqavilədə Ərəstun Hüseynov "Batabat" MMC-nin İdarə heyyətinin sədri kimi göstərilib, 2019-cu ildə isə alıcı qismində iştirak edir.
Digər tərəfdən, 200 hektar örüş təyinatlı sahənin 170 hektarına Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti 11.10.2019-cu il tarixdə "əkin sahəsi" kimi çıxarış verib(hərçənd yerdə qalan 30 hektar örüş sahəsi də Ərəstun Hüseynov tərəfindən əkilib). Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reysteri Xidməti isə həmin ərazilərə elektron koordinatlar müəyyənləşdirib. Qeyd edək ki, sözügedən çıxarışları və alqı-satqı müqaviləsini Bakı şəhərində yerləşən 23 saylı notariat kontorunun  xüsusi notariusu Dəmirov Zaur Nizami oğlu təsdiq edib, yəni Ağsu rayonunun Bico kəndinin örüş sahələrinin alqı-satqısı Ağsudan kənarda aparılır və bütün bunlardan kənd bələdiyyəsinin xəbəri "yoxdu", olsaydı torpağın əsas sahibi kimi bələdiyyənin də sənədlərdə imzası, heç olmasa bu özbaşınalığa etirazı olardı. Yaxud, kənd bələdiyyə rəhbərliyi bu qanunsuzluqda maraqlı tərəflərdən biridir. Vurğulayaq ki, saxtalıqla da olsa, 170 hektarı əkin, 30 hektarı örüş sahəsi kimi göstərilən 200 ha əraziyə tam olaraq hər il subsidiya yazılır. 
Bütün bu məsələlərin günahkarı, təbii ki, "Batabat" rəhbərliyi ilə yanaşı, Bico kənd bələdiyyə sədri, kənd icra nümayəndəsi və rayon rəhbərliyidir. Rayonumuza yeni icra başçısı təyin olunub və o, bütün bu məsələlərdən kənd sakinləri tərəfindən xəbərdar edilib. Başçı problemlərlə maraqlanacağına söz versə də, hələ ki, onun bu istiqamətdə fəaliyyəti nəzə çarpmır. Məqsədimiz budur ki, ölkə başçısı özü Bico kəndinin köklü problemlərinin həllini nəzarətə götürsün, kəndin torpaqları yeni yetişən nəslin, Vətən müharibəsində canıyla-qanıyla döyüşmüş oğulların istifadəsinə verilsin".
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam