Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İran Ermənistana hərbi yardım TƏKLİF ETDİ: İrəvanın CAVABI - VİDEO

 

 Azərbaycanla İran qonşu ölkələr olmaqla yanaşı, tərəfdaş və mehriban münasibətləri olan dövlətlərdir. Bu səbəbdən də İrandakı müəyyən dairələrin Ermənistanla, habelə Qarabağdakı terrorçu rejimlə əlaqələri rəsmi Bakıda birmənalı olaraq təəssüflə qarşılanır.

Yenixeber.org: İran rəhbərliyi və hakimiyyəti sürəkli olaraq bəyan edir ki, dünyanın istənilən məkanındakı müsəlmanların problemlərini anlayışla qarşılayır, onlara dəstək olmağa çalışır. İrandakı “vilayəti-fiqh” dövlət idarəetmə sisteminin funksionerləri isə “dünyanın harasında yaşamasından asılı olmayaraq, müsəlmanlara edilən pis əməlkər bizə qarşı edilən pislikdir” söyləyirlər.

İranı dost və qardaş ölkə kimi qəbul edən Azərbaycan məhz bu səbəbdən təbii olaraq rəsmi Tehrandan erməni militarizmi, terrorçuluğu və vandallığı ilə bağlı bəlli mövqe, səlis və səbatlı davranış gözləyir.

Fəqət…

Dünən İrandan bir qrup yüksək rütbəli hərbçi Ermənistan sərhədindəki hərbi-siyasi gərginliyi müzakirə etmək üçün Ermənistana işgüzar səfər etmişdi.

Erməni siyasi analitik Andranik Hovannisyanın dediyinə görə, onların Ermənistana səfər etməkdə əsas məqsədi Ermənistan hakimiyyət orqanlarına hərbi yardım təklif etmək idi. İran tərəfi bütün sərhəd boyunca texnika və İran qoşunlarının Sünikə müvəqqəti yerləşdirilməsi üçün bu təklifi etmişdi.

İran Türkiyənin bölgədəki artan təsirindən son dərəcə narahat olduğu üçün bu addımı atıb.

Ermənistan hakimiyyəti İran tərəfinin köməyini rədd edib. Lakin bu artıq ikinci rəddir, ilk dəfə 2020-ci ilin oktyabrında, İkinci Qarabağ Müşaribəsi dönəmində Ermənistan tərəfi İranın köməyini rədd etmişdi.

Lakin bu ayın əvvəllərindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin fəallaşmasından sonra rəsmi İrəvan İrandan gələ biləcək yardımlara bel bağladığını bəyan etmişdi.

Daha konkret olsaq, Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyan İranın nəqliyyat və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşündə “Azərbaycanın ərazi bütövlüyümüzə iddialarının artdığı bir şəraitdə bunlara son qoymaq üçün dost İranın dəstəyini gözləyirik” demişdi.

O, daha sonra Fars Körfəzini Qara dəniz sahilləri ilə birləşdirəcək beynəlxalq tranzit dəhlihinin yaradılması istiqamətində işlərə başlamağı təklif etmişdi.

Nazir M.İslami cavabında deyib: “İran bu nəqliyyat layihəsi çərçivəsində işlərə başlamağa hazırdır. Proqram sadəcə, ölkələrimizin iqtisadi inkişafına yox, həm də regional təhlükəsizliyin təminatına yönəlib”.

Onu da xatırladaq ki, İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctəba Zunnuri Ermənistanın Zəngəzur vilayətinin sərhədlərinin “toxunulmaz qalmalı olduğunu və bölgədə hər hansı sərhəd dəyişikliyinə sərt cavab verəcəklərini” bəyan edib.

O deyib: “İranın mövqeyi aydın və qətidir: biz bölgədə heç bir ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün qorunub-saxlanılmasından yanayıq. Habelə, sərhədlərimiz yaxınlığında bölgədən kənar hər hansı qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir qismini ələ keçirmək istəsələr və Ermənistanla olan mərzlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir”.

Zunnurinin sözlərinə görə, İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır.

İrandakı mühafizəkar elitarın tanınmış nümayəndəsinin, ölkədəki güc strukturlarının parlamentdəki nümayəndələrindən sayılan doktor Müctəba Zünnurinin Ermənistanın hakimiyyət və siyasi elitasının hərbi-siyasi revanşizmini dəstəkləməsi, dost və qardaş müsəlman Azərbaycanı qonşuluqdakı dövlətin “ərazi bütövlüyünü pozmaqda” suçlaması ən azı qəribə təsir bağılayır.

Bəyəm doktor Zünnuri bilmir ki, Ermənistan faşist ideologiyası ilə idarə olunur, İrəvandakı siyasi elita ölkədə “Azq-Banak” (“Millət-Ordu”) tipli militar cəmiyyət yaradılmasına çalışır və ən nəhayət, erməni işğalçılar Azərbaycanda ələ keçirdikləri əraziləri viran qoyublar?

Zünnuri işğaldan azad edilmiş ərazilərimizin xarabazarlara döndərildiyindən xəbərsizdir?

Şübhəsiz ki, Zünnuri nüfuzlu siyasətçi olsa da, onun açıqlaması İranın rəsmi mövqeyini və ölkədəki hakimiyyət elitasının düşüncələrini tam əks etdirmir.

Amma problem sadəcə, bir iranlı siyasətçinin bəyanatında deyil.

İran dövlət nömrə nişanlı ağırtonnajlı yük avtomobilləri Ermənistana, oradan da Laçın dəhlizi vasitəsilə Xankəndinə doğru hərəkət edir, ən müxtəlif yüklər, o cümlədən yanacaq daşıyırlar.

Qarabağın hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərinə belə yükdaşıma prosesi barədə yetərincə sübutlar, görüntülər və s. var. Həmin avtomobillər arasınla hərbi məqsədli yüklər daşıyan nəqliyyat vasitələrinin ola biləcəyi də istisna olunmur.

Sual konkret cavabını gözləyir: İranın yük avtomobilləri qarabağlı separatçılara nə daşıyırlar?

Elçin Alıoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam