Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rəsmi Bakının qeyri-rəsmi və dolayı diplomatiyası-ŞƏRH

Rusiyaya etirazlar rəsmi kanallarla deyil, media, QHT nümayəndələri və siyasi partiyalar vasitəsilə çatdırılır

Yenixeber.org: Rusiya Azərbaycanın mövqeyini nəzərə almır və Qarabağdakı separatçı rejimə dəstəyini davam etdirir. Rusiya mediasının məlumatına görə, qondarma rejimin başçısı Araik Arutunyan Moskvaya dəvət edilib, onun siyasi və ictimai dairələrdə, eləcə də erməni icmasının nümayəndələri ilə görüşləri nəzərdə tutulur. A.Arutunyan Azərbaycan tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib. Onun özü 44 günlük müharibə zamanı Gəncə, Bərdə şəhərlərinə raket-artilleriya zərbələri endirilməsinə əmr verdiyini etiraf edib.

Bu hadisə Azərbaycan prezidentinin Şuşaya “İskəndər –M” operativ-taktiki raketinin atılması ilə bağlı izahat istəməsindən sonraya təsadüf edir. Rəsmi Bakının bu müraciətinə Moskvadan “biz raket buraxılışı qeydə almamışıq” deyə etinasız reaksiya gəlmişdi. Bunun ardınca prezident İlham Əliyevin Ermənistan ordusunun dirçəldilməsi cəhdləri barədə narazılığına da Rusiya tərəfindən nümayişkəranə cavab verilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutunyan arasında telefon danışığı olub. Nazirlər Ermənistan ordusunda aparılan islahatlar və Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə ediblər. İctimaiyyətə açıqlanan bu mətnin hər cümləsi Bakının etiraz etdiyi fəaliyyətləri ehtiva edir.

Azərbaycanın Moskvanın bu hərəkətlərinə qarşı hələlik açıq etirazı yoxdur. Xarici İşlər Nazirliyi, Rusiyadakı səfirlik hər hansı münasibət bildirməyib. Prezidentin son bəyanatlarından sonra rəsmi mövqe ifadə edilməyib. Amma Moskvaya ölkədəki ictimai narazılığı qeyri-rəsmi kanallarla çatdırmaq üçün xalq diplomatiyası adlandıra biləcəyimiz fəaliyyətə start verilib. Bir qrup KİV rəhbəri və QHT nümayəndəsi Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Məktubda Xankəndindəki separatçı rejimin başçısı Araik Arutunyanın Moskva səfərinin cəmiyyətdə təəccüb və hiddət doğurduğu qeyd olunur:

“Əvvəla, peşəkar diplomatlara yaxşı məlum olmalıdır ki, Arutunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş, hüquqi qüvvəyə malik olan sənəd təqdim etməlidir. Mənşə ölkəsi Azərbaycan olan Araik Arutunyanın Rusiyaya səfəri zamanı bu normalara riayət edilibmi?”

Müraciətdə Arutunyanın Gəncəni raket atəşinə tutmaq barədə əmr verdiyini xatırlatmaqla bərabər, onun Azərbaycanın Baş Prokurorluğu tərəfindən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq axtarışa verildiyi vurğulanır.

Müəlliflərin fikrincə, “İsgəndər-M” raketləri barədə suallara cavab alınmadığı bir zamanda A.Arutunyanın Moskvaya getməsini aydınlaşdırmaq zərurəti yaranır:

“…Araik Arutunyanın Moskvaya budəfəki səfəri Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır”.

Müraciətin sonunda ümid edilir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək. Xatırladaq ki, bundan əvvəl də Azərbaycanın bir sıra media rəhbərləri və blogerləri Şuşada “İsgəndər-M” raketinin qalıqlarının tapılması ilə bağlı Rusiya səfərliyinə müraciət etmişdilər. Amma bu müraciətə hansı cavabın verildiyi məlum deyil.

Azərbaycanın siyasi partiyaları da bir-brinin ardınca separatçı liderin Moskvaya səfəri ilə bağlı etiraz bəyanatları verirlər. Mətnləri oxşar olan bu çağrışlarda Moskvanın separatçılara açıq dəstəyinin Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə zidd olduğu nəzərə çatdırılır və belə məyusluq yaradan fəaliyyətlərə son qoyulmasına ümid ifadə edilir.

Rusiya səfriliyinin qarşısı isə sakitlikdir, siyasi və ictimai təşkilatlar, gənclər nədənsə etiraz aksiyaları keçirməyə həvəs göstərmirlər. XİN-in susqunluğu, ictimai narazılığın ancaq qeyri-rəsmi bəyanatlarda, məktublarda ifadə olunması Rusiyanın Azərbaycanın suverenliyinə qarşı təxribatlarına adekvat reaksiya deyil. Bundan əvvəl də rəsmi Bakı maksimum ehtiyatlı, ölçülü-biçili bəyanatlar səsləndirməklə Moskvanı qəzbələndirməmək yolunu tutmuşdu. Amma hadisələr göstərir ki, Rusiya rəhbərliyi bölgədəki maraqlarını təmin etmək üçün ardıcıl addımlar atır və bu zaman Azərbaycanın narazılığını nəzərə alımır.

Yaranmış vəziyyəti saytımıza şərh edən politoloq Elxan Şahinoğlu Arayik Arutunyanın artıq ikinci dəfə Moskvaya dəvət edildiyini xatırladır və bunu Azərbaycana qarşı xoşagəlməz siyasətin davamı adlandırır:

“Belə nəticə çıxır ki, Rusiya separatçı rejimin öz himayəsində olduğunu nümayiş etdirir. Yəni onlar sülhməramlılar Qarabağa daxil olduqdan sonra Ermənistana deyil, Rusiyaya tabedir. Arutunyan etiraf edib ki, Gəncə, Bərdə şəhərlərinin bombalanmasını, mülkü əhalinin hədəf seçilməsini şəxsən özü əmr edib. Bu şəxs həbs edilib, məhkəmə qarşısında cavab verməlidir. Amma biz nə görürük? Araik Azərbaycanı dost və tərəfdaş adlandıran Rusiya tərəfindən qəbul edilir, onunla fikir mübadiləsi aparılır. Bu haqda da rəsmi Bakıya heç bir məlumat verilmir”.

Şahinoğlu düşünür ki, bu gedişlə Arutunyanı Fransa və ABŞ-a da çağıra bilərlər. O, əmindir ki, səfirlərə məktub yazıb etiraz bildirməklə uzağa gedə bilməyəcəyik:

“Bundan əvvəl də Rusiya səfirliyinə ictimaiyyət nümayəndələrinin məktubu göndərilmişdi, amma heç bir reaksiya verilmədi. Əslində Rusiya səfirini XİN-ə dəvət edib, ona nota təqdim etmək lazım idi”.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam