Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Xilaskar XII Qızıl Ordunu” gözləmək təhlükəsi-Partiya sədri yazır

 

 

 

Azərbaycanda fəaliyyət göstərən “5-ci kalon”nun neytrallaşdırılması üçün Türkiyənin FETO əməliyyatında həyata keçrdiyi təcrübədən istifadə edilməlidir

Yenixeber.org: Özünün təcavüzkar, qəsbkar siyasəti müqabilində beynəlxalq aləmdən güclü əks tədbirlər görməyən Rusiya, beynəlxalq hüquq normalarının əksinə olaraq Ukraynaya, eləcə də “sülhməramlı “ adı altında Azərbaycana, qarşı misli görünməmiş demarşını davam etdirməkdədir. Hələ 7 il bundan əvvəl V.Putinin Avroasiya layihəsinin təşəbbüskarlarından və ilhamvericilərindən biri olan, Rusiya Federasiyası Dövlət Dumasının yanında ekspert şurasının üzvü Aleksandr Dudin dövlətlərarası münasibətlərdə yol verilməz hesab edilə biləcək sensasion bəyanatla çıxış edib Krım hadisələrində Azərbaycanın tutduğu mövqeyə görə onu hədələyərək demişdi ki: “Azərbaycan Saakaşvili və Kiyev xuntası kimi hərəkət edib, Rusiyanın əleyhinə çıxıb və biz bunun nə ilə nəticələndiyini görmüşük…Azərbaycan gözlənilmədən bizi satıb və bu bizim tərəfimizdən qiymətləndirilib… Biz susacağıqmı? Əlbətdə yox. Onlar özlərini məhv etmək yolu ilə gedirlər… Azərbaycanda talış, ləzgi və digər amillər var də və Azərbaycan onların ciddiliyini təsəvvürünə gətirmir”

Göründüyü kimi, Rusiyada müstəqil siyasət yürüdən Azərbaycanı cəzalandırmaq planı cızan, onu reallaşdırmaq üçün fürsət gözləyən quzğunlar var və onlar öz planlarını həyata keçirmək üçün fürsət gözləyirlər, ölkəmizdə etnik zəmində qarşıdurmalar yaratmaq istəyindən əl çəkmək istəmirlər. Bu quzğunlar “digər amillər də var” deyəndə yəqin Azərbaycanda mövcud olan və son zamanlar fəallaşan “beşinci kalonu” nəzərdə tuturlar. Təəssüf ki, ölkəmizdə “xilaskar XII Qızıl Ordunu” gözləyənlər hələ də var. Azərbaycanda rusiyapərəst siyasi qüvvələrin mövcudluğunu, SSRİ-nin saxlanmasına, müstəqillyimizin əleyhinə səs verənlərin, 20 yanvarda Sovet Ordusunu ölkəmizə dəvət edənlərin hələ də həyatda olduğunu, onların yüksək vəzifələr tutduğunu, Milli Məclisdə təmsil olunduğunu unutmaq olmaz! “Sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulub torpaqlarımızın bir hissəsini işğal edən, Azərbaycanın süveren hüquqlarını köbud sürətdə pozaraq və orada faktiki olaraq özünü bu torpaqların sahibi kimi aparan Rusiya, A.Dudinin 7 il bundan əvvəl açıq-saçıq dediyi kimi "susmur", Azərbaycanı cəzalandırmaq üçün "sülhməramlı" adı altinda erməni kartından gün-bol istifadə edir. Rusiya 10 noyabr 2020-ci ildə imzalanmış üçtərfli sazişin müddəaların kobud şəkildə pozaraq nəinki erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə onların toparlanmasına gen-bol “yardım” edir, işğalın davam etdirlməsi üçün Ermənistanı ruhlandırır! Rusiyanın bu təcavüzkar mövqeyindən ilham alan Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bəyan edib ki: "Ermənistan Dağlıq Qarabağ ərazisinin işğaldan tam azad edilməsi və sərhədlərinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti daxilində bərpa olunması məsələsini qaldırmalıdır". Paşinyanın bu istəyini “gözündə qoymaq üçün” Rusiyanın “sülhmərmalı” adı altında Azərbaycanın süveren hüquqularının pozulmasına son qoyması, üçtərəfli sazişin müddəalarına əməl etməsi qəti şəkildə tələb edilməlidir! Bununla yanaş, Rusiyanın məqsədlərinin reallaşmasına çalışan və Azərbaycanın hakimiyyət strukturlarında geniş təmsil olunan “5-ci kalan”nun neytrallaşması istiqamətində ciddi tədbirlər görülməli, onlar hakimiyyət strukturlarından kənarlaşdırılmalı və layiqli cəzalarını almalıdırlar! Bunun reallaşdırılması üçün Türkiyənin FETO əməliyyatında həyata keçrdiyi təcrübədən istifadə edilməlidir. Azərbaycanımızın dövlət mənfeyi bunu qəti şəkildə tələb edir!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam