Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

PAŞİNYANA MOSKVADAN GÖZLƏNİLMƏZ RƏQİB GƏLİR -Putin milyaderi göndərir...

Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda iyun ayına təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. 

Yenixeber.org: “MosArmİnfo” saytına müsahibəsində Ara Abramyan deyib ki, Ermənistan indi uçurum qarşısındadır və bu səbəbdən hər bir vətəndaş ölkəyə qayıdıb səsvermədə iştirak etməlidir.

Abramyan vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb. “Mən Ermənistana gedəcəyəm və növbədənkənar seçkilərdə fəal iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib?”,-erməni əsilli rusiyalı oliqarx bildirib.

Ara Abramyan deyib ki, tezliklə növbədənkənar seçkilərlə bağlı öz proqramını açıqlayacaq, seçkilərə hansı qüvvə ilə gedəcəyini elan edəcək. Komandasının kimlərdən ibarət olacağını bildirəcək. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu qeyd edib. 

“Paşinyanın seçkilərdə iştirak etmək üçün mənəvi haqqı yoxdur, əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq xalqa situasiyanı düzgün izah etmək lazımdır”,- Abramyan deyib.

 

 

Ara Abramyanı Paşinyan üçün gözlənilməz rəqib də hesab etmək olar. Virtualaz.org-ın məlumatına görə,  o, indiyədək Ermənistandakı rusiyameylli qüvvələrə fəal dəstək versə də özü siyasətə birbaşa qarışmırdı. Lakin indi Abramyan şəxsən seçkilərə qatılacağını deyir və belə görünür ki, o hansısa koalisiyaya rəhbərlik edəcək. 

İri kapitala malik olan Abramyan Ermənistan siyasətində bu baxımdan yeni fiqur hesab edilə bilər və əgər o, öz kapitalını seçkilərdə gen-bol xərcləsə Paşinyanın hakimiyyəti əldə saxlaması çətinləşəcək. İstisna deyil ki, onun seçkilərə qatılmasını Kremldən istəyiblər. 

Abramyan ikinci Qarabağ müharibəsi zamanı öz kapitalını Ermənistan ordusu üçün Rusiyadan silah-sursat alıb göndərməyə sərf edirdi və o zaman Azərbaycan tərəfi bununla bağlı bütün məlumatları əldə etmişdi. Prezident İlham Əliyev Rusiyadakı erməni milyarderlərinin Ermənistana silah alıb göndərdiyi barədə öz çıxışlarında da demişdi.

İstisna deyil ki, keçmiş prezidentlərdən, hərbi cani Serj Sərkisyan və partiyası da Abramyanla ittifaqa girə bilər. O cümlədən seçkilərdə şansı çox aşağı dəyərləndirilən kriminal ünsür Robert Köçəryanın da oliqarxa dəstək verməsi mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam