Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Tağı İbrahimovun bu şirkəti ləğv edilib-SƏBƏB

 Yenixeber.org: Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkəti ləğv edilib. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:
"Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkətinin - STONE'S ENTERPRISES LTD-nin qeydiyyatı Britaniya Şirkətlər Evi tərəfindən ləğv edilib. Buna səbəb şirkətin maliyyə hesabatının təqdim edilməməsi olub.
Britaniya Şirkətlər Evi ötən il noyabrın 3-də bununla bağlı Tağı İbrahimova xəbərdarlıq göndərsə də üstündən iki ay keçməsinə baxmayaraq müvafiq sənədlər təqdim olunmayıb. Xəbərdarlıqda bildirilirdi ki, səbəb göstərilmədiyi təqdirdə şirkət yuxarıda göstərilən tarixdən ən azı 2 ay sonra reyestrdən çıxarılacaq və ləğv ediləcək. Bu xəbərdarlıqdan sonra şirkət ləğv edildikdə sahib olduğu və ya etibar etdiyi bütün mülkiyyət və hüquqlar, şirkət "bona vacantia" sayılır və Birləşmiş Krallığın mülkiyyətinə keçir.
Tağı İbrahimova verilən möhlət başa çatıb və Şİrkətlər Evi tərəfindən bu il yanvarın 19-dan şirkətin fəaliyyətinin rəsmi dayandırılması, mülkiyyətinin İngiltərə xəzinəsinə verilməsi barədə qərar verilib. Yanvarın 19-u tarixi əvvəldən təyin edilmiş müddətdir və həmin tarixdə qərar rəsmi qəzet vasitəsi ilə elan olunur.
STONE'S ENTERPRISES LTD 2019-cu ilin fevralın 1-də təsis edilib. Biznes təsnifatına görə şirkət beton, suvaq və sement məmulatlarının istehsalı, yolların və avtomobil yollarının tikintisi sahəsində fəaliyyət göstərib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam