Ermənistan xaos astanasında – işğalçı ölkə hər an qarışa bilər
Azərbaycanla müharibədəki ağır məğlubiyyət fonunda Ermənistan rəhbərliyində Baş nazir Nikol Paşinyanın tərəfdarları ilə silahlı qüvvələrə rəhbərliyin bir hissəsi arasında ciddi parçalanma baş verib. Baş nazirə qarşı olanlara hələlik formal olaraq müdafiə naziri David Tonoyan rəhbərlik edir.
Yenixeber.org: Proses çox sürətlə inkişaf edir və artıq pik həddə çatmaqdadır. Separatçıların liderinin “mətbuat katibi” Vaqram Poqosyanın Şuşanın Azərbaycanın silahlı qüvvələrinin nəzarətinə keçməsi haqda gözlənilməz açıqlaması məhz bununla bağlıdır. Hərbçilərin nəzarətində olan media belə xəbərləri qızğın bir şəkildə təkzib eləsə də, ermənilər hər halda qarabağlı Poqosyana daha çox inanmağa meylidirlər. Üstəlik, Azərbaycan artıq bu faktı təsdiqləyən rəsmi görüntülər yayıb.
Vaqram Poqosyanın demarşı təsadüfi deyil və yalnız başlanğıcdır. Məsələ ondadır ki. Ermənistanda Şuşanın yalnız xəyanət nəticəsində itirilə biləcəyinə ürəkdən inanırlar. Müvafiq surətdə əgər Poqosyan bu barədə məlumat verirsə, demək, xəyanət olub. Baş nazir tələm-tələsik, şəxsən bu acıqlamanı sıfırlamağa çalışıb. Lakin onun “Şuşa uğrunda döyüşlər davam edir” ifadəsi əsla ermənilərin bu şəhərə nəzarət eləməsi təəssüratı yaratmır. Şuşa uğrunda onlar taktiki geri çəkildikləri mövqedəldən də mübarizə apara bilərdilər.
Fakt faktlığında qalır ki, Şuşa işğaldan azad edilib və ermənilər bu acı həbi udmalı olacaqlar. Bu fonda, yaxın gələcəkdə Ermənistanda iki şeydən biri baş verəcək: Nikol Paşinyan ya insanları xilas etmək naminə Azərbaycanın şərtlərini qəbul etməklə bağlı xalqa müraciət edəcək, ya da ordu tərəfindən birdəfəlik vəzifəsindən götürüləcək və rəsmi olaraq Azərbaycan xüsusi xidmət orqanlarına xidmətdə günahlandırılacaq və bu halda məhkəməyə qədər yaşamayacaq.
Birinci halda, ehtimal ki, o, həm öz ətrafından, həm də Müdafiə Nazirliyindən konkret adlar çəkməklə baş verənlərin səbəbləri barədə fikirlərini açıqlayacaq və ya açıqlamağa söz verəcək. Yəni Paşinyan məhz hansı qüvvələrin təsiri altında qırğıya çevrildiyini və Azərbaycanla sülh prosesini məqsədyönlü şəkildə pozduğunu xalqa izah etməli olacaq.
Ermənistanda onun izahatını gözləyirlər, çünki baş nazirin əleyhdarları artıq öz versiyalarını sızdırıblar – Nikol Paşinyan Azərbaycan xüsusi xidmət orqanlarına işləyib və sülh prosesini pozmaqda məqsədi də məhz Azərbaycanın öz torpaqlarını, nəhayət, güc yolu ilə qaytarması olub.
İkinci halda, onun adının Ermənistan tarixinə Qarabağın itirilməsinə səbəb olan xain kimi yazılacağına şübhə yoxdur. Uydurma Türk hədəsi ilə qorxudulmuş erməni cəmiyyətinə Soros yetirməsi Paşinyanın Ermənistanın milli təhlükəsizliyinin sütunlarını sarsıtdığını izah etmək çətin olmayacaq. Və Ermənistan yenə döyəclənmiş bir yolla - əhalinin beyninin “soyqırım” məsələsi, “qaniçən azərbaycanlılar” və s. ilə yuyulması yolu ilə gedəcək. Təbii ki, o halda hətta Nikol Paşinyan məhv edilsə belə, onun ailəsini, arvadı və qızını rüsvayçı bir mühacirət, komandasının üzvlərini isə müxtəlif bəhanələrlə təqib gözləyir.
Müharibədəki məğlubiyyət fonunda artıq Ermənistanda mediaya nəzarət kritik önəm kəsb etməkdədir. Ölkədə çoxsaylı KİV qurumları və sosial media ilk növbədə öz xalqı, o sırada həmçinin onları mötəbər sayanlar üçün dezinformasiya vasitəsinə çevrilib.
Yazının rus dilindəki versiyası burada: