Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan müdafiə naziri-"Qarabağ məsələsi həllini tapıb"

"Yalnız qələbə düşünə bilirəm. Qarabağ məsələsi həllini tapıb".

Yenixeber.org: Qarabağ münaqişəsinin həllini necə görməsi barədə jurnalistlərin sualına Ermənistan müdafiə naziri David Tonoyan belə cavab verib.

Ermənistan KİV-lərinin yazdıqlarına əsasən, David Tonoyan həmçinin Nikol Paşinyanın "Qarabağ Ermənistandır. Nöqtə." bəyanatına gələn beynəlxalq reaksiyalara da münasibət bildirib. Tonoyanın sözlərinə görə, erməni diplomatları onların cavabını məharətlə verir.

"BBC" telekanalının aparıcısının dediklərinə reaksiya verilməməsi sualına isə, Tonoyan onu bu söhbətə qatmamalarını bildirərək, "Vaxtında mən öz mövqeyimi bildirmişəm" cavabını verib.

2016-cı il aprelində o vaxtki hakimiyyətin Azərbaycan tərəfindən hazırlanan hücumdan məlumatlı olması, lakin hərəkətsizlik nümayiş etdirməsi barədə erməni cəmiyyətində gəzən şayiələr barədə Tonoyan, Ermənistan hökumətinin 2016-cı il Dağlıq Qarabağdakı aprel döyüşlərində heç bir gizli danışıqlara getmədiyini bildirərək, "Qarşı tərəfdən yalnış addımlar atılmış ola bilər, amma Ermənistan tərəfindən gizli danışıqlara gedilməsini mümkün saymıram", deyə vurğulayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam