Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qarabağdakı düşərgələr-Suriya, Cavaxetiya erməniləri və uşaqların iştirakı- FAKTLAR

 
Ermənistan işğal altında olan Azərbaycan torpaqlarında göstərdiyi qanunsuz fəaliyyətlərdən biri də məktəbli və tələbələrin iştirak etdiyi düşərgələrin təşkil olunmasıdır. Düşərgələrdə Ermənistandan, Gürcüstanın Cavaxetiya bölgəsindən, Suriyadan olan, eləcədə Qarabağda yaşayan ermənilər iştirak edir.
Yenixeber.org: Düşərgələrdə erməni gənclərə işğal siyasəti haqqında məlumatlar təbliğ olunur, Ermənistanın və Qarabağın tarixi haqqında saxta məlumatlar verilir, hərbi biliklər aşılanır. Qeyd olunan layihələr əsasən Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Aşağıda Ermənistan hökumətinin Qarabağda təşkil etdiyi tələbə və məktəbli düşərgələri haqqında faktlar təqdim olunub.

İşğal altında olan Qarabağda 2017-ci ildə keçirilən layihələrdən birində 160 erməni tələbə hərbi düşərgəsi çərçivəsində 7 gün boyunca hərbi həyat yaşayıb. Ənənə halı almış tələbə düşərgəsi artıq 4-cü dəfə baş tuturdu. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə düşərgədə Ermənistan universitetlərinin, eləcə də Qarabağ və Cavaxetiyada yaşayan tələbələr birləşdirilmişdi.

Tələbə düşərgəsində Ermənistanın Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə”ni simvolizə edən dəstələr bir həftə boyunca öz qüvvələrini sınayıblar, hərbi-elmi məşğələlərdə və mühazirələrdə iştirak ediblər.

Tələbələrlə aparılan işlər mərkəzinin direktoru Vahaqn Varaqyanın sözlərinə görə, proqram iki vacib əhəmiyyətə malik idi: “İştirakçılar hərbi hissədə olaraq döyüş hazırlığı keçiblər və ikincisi, hərbi həyat yaşayaraq başa düşüblər ki, əsgərlərimiz müdafiə üçün necə səylər göstərirlər”.

Erməni tələbələr layihə boyunca işğal altında olan Azərbaycan ərazilərinin müxtəlif yerlərinə səfər ediblər. Layihədə erməni tələbələr Ermənistanın sabiq Müdafiə naziri Vigen Sarkisyan, qanunsuz “hərbi birləşmə”nin sabiq komandiri Levon Mnatsakanyan, Ermənistan prezidentinin administrasiyasının sabiq rəhbərinin müavini Aleksan Harutyunyanla görüşüb. Ermənistanın sabiq Müdafiə naziri çıxışında, Ermənistan Müdafiə Nazirliyi düşərgənin davamlı və daha əhatəli olması üçün dəstək olacağını bildirib.

Universitet tələbələri ilə yanaşı Ermənistanın hərbi-siyasi rəhbərliyi məktəbliləri də bu düşərgələrə cəlb edib. 2014-cü ildə artıq dördüncü dəfə İrəvanın “Mxitar Sebastatsi” təhsil kompleksində oxuyan gənclər Qarabağda qanunsuz yaradılan “Aspet” adlı hərbi təlim düşərgəsinə göndərilib. Düşərgə məhz hərbi hissədə yerləşib və məktəblilər burada hərbi rejimdə qalıblar. Əsgəranda yerləşdirilmiş qanunsuz hərbi hisədə keçirilən həmin düşərgədə 60 məktəbli və 3 müəllim iştirak edib.

“Biz gənclərimizin bir hissəsinin Qarabağda məcburi müddətli hərbi xidmət həyata keçirdiyindən çıxış edərək qərar verdik ki, özgəninkiləşdirmə aradan qaldırılsın, Qarabağ onlar üçün Ermənistan qədər doğma və vətən olsun, təlim planı ilə nəzərdə tutulmuş sahə hərbi təlimlərimizi qarabağlılarla həyata keçirək”, - deyə təhsil kompleksinin direktoru Aşot Bleyan bildirib.

“Aspet” hərbi təlim düşərgəsi “Mxitar Sebastatsi” təhsil kompleksində oxuyanlar üçün məcburidir. Düşərgə təşkil olunmanın başqa formasında təlim planı ilə nəzərdə tutulmuş kursun bir hissəsidir. Digər məktəblərə gəlincə, Aşot Bleyanın sözlərinə görə, Metsamor baş məktəbinin bir qrup gəncləri də “Aspet” düşərgəsinə gedib.

Ermənistanın təhsil planı ilə hərbi elmi dərslərini düşərgədə keçirmək icazəveriləndir. İrəvanın “Kvant” məktəbi də belə bir düşərgəyə sahibdir.

İrəvan Dövlət Universitetinin tələbələri arasında döyüş hazırlığı vəziyyətinin və hərbi biliklərin inkişafı məqsədilə “İrəvan Dövlət Universitetinin hərbi düşərgəsi 2016” proqramı keçirilib, proqram iyulun 12-19-da Qarabağda çadır şəraitində baş tutub. Hərbi düşərgə çərçivəsində İrəvan Dövlət Universitetinin tələbələrindən, eləcə də Qarabağda məskunlaşmış və Gürcüstanın Cavaxetiya bölgəsindən olan tələbələrdən təşkil olunmuş qanunsuz “hərbi birləşmə”ni təmsil edən dəstələr arasında rəqabətlilik prinsipi ilə hərbi-elmi nəzəri və praktik təlimlər, intellektual, idman-mədəniyyət yarışları, tematik mühazirələr, komanda işləri, seminar-müzakirələr, kampaniyalar və Qarabağın müqəddəs yerlərinə ziyarətlər, o cümlədən hərbi hissələrə, poliqonlara səfərlər və s. təşkil olunub. 2019-cu ildə İrəvan Dövlət Universitetinin tələbələri Qarabağda hərbi düşərgə açıblar. 6-cı dəfə təşkil olunan tələbə düşərgəsində həmin il 100-dən artıq oğlan və qız iştirak edib.

Ermənistan Müdafiə Nazirliyinin “Vətənimin əsgəriyəm” adlı gənc düşərgələri mövcuddur. Düşərgə 2014-cü ildə 16-22 yaş arası gəclərin iştirakı ilə Dilicanda başlayıb. “Vətənimin əsgəriyəm” düşərgələrində Ermənistan və diaspordan gənclər iştirak edirlər.

Hadrut qəsəbəsində də hərbi çadırlara və hərbi geyimli insanlara rast gəlmək olardı. Onlar Ermənistandan və Gürcüstanın Cavaxetiya bölgəsindən olan tələbələri idi, tələbə hərbi düşərgəsində iştirak etmək üçün Tuğ kəndinə gəlirdilər. İlk illərdə cəmi 60 iştirakçıya sahib idi, sonradan bu say 160-a qədər qalxdı. Düşərgə daxilində hərbi-elmi praktik məşğələlər, idman yarışları, seminarlar və bir sıra digər tədbirlər təşkil olunurdu.

İşğal altında olan Azərbaycan torpaqlarında qanunsuz düşərgələrin təşkil olunmasında aktiv rol oynayan təşkilatlar “Sardarapat hərəkatı” və “Avandutyun” ictimai təşkilatıdır. Bu təşkilatlar 2011-ci ildən bu tipli düşərgələr təşkil edir. Düşərgə çərçivəsində erməni gənclərə gündəlik kampaniyalar, ilkin hərbi biliklərin öyrədilməsi, döyüş sənəti fəndlərinə malik olma, Ermənistanın gələcəyi və uydurma erməni dövlətçiliyi ətrafında danışırlar.



Düşərgələrdə Gürcüstandan başqa digər ölkələrdən gələn şəxslər də iştirak edirdi. 2012-ci ildə 22 Suriya ermənisi Qarabağda yay düşərgəsində iştirak edib. Düşərgə Ermənistan hökumətinin dəstəyi ilə təşkil edilib və xərcləri Ermənistan hökuməti tərəfindən qarşılanıb.

Qarabağda qanunsuz düşərgələr təşkil edən təşkilatlardan biri də Ermənistanın “Yekrapah” hərbi təşkilatıdır. Təşkilat müxtəlif illərdə Ermənistanın müxtəlif yerlərindən olan gəncləri düşərgəyə toplayaraq onlar arasında təbliğat aparıb. Düşərgələrin birində 300-500 arası oğlan və qızlardan ibarət dəstə iştirak edib.



“Yekrapah” hərbi təşkilatı hərbi düşərgələrə uşaqları da cəlb edib. 2019-cu ildə avqustun 5-dən 15-nə qədər təlim məşq düşərgəsi təşkil olunub, düşərgədə 10-15 yaşlı uşaqlar uşaqlar iştirak ediblər. Düşərgədə saat 9-da səhər yoxlanışı idi, bundan sonra kurslar - sıra hazırlığı, əlbəyaxa döyüş, taktika, ilkin yardım, atəş hazırlığı, hərbi-vətənpərvərlik tərbiyəsi və s. olurdu. Düşərgədə “Gənc Yerkrapah” klubunun sədri Onik Avetisyan tərəfindən xüsusi dəstə qrupu yaradılmışdı, bu qrup adi qruplardan fərqlənirdi, çünki onlar məşğələyə gecə çıxırdılar. Qalan uşaqlar axşam saat 21:00 radələrində ad çağırılmasından sonra yatmağa gedirdilər.

2017-ci ildə digər bir erməni təşkilatı olan “Axuryan” təşkilatı Şirak vilayətinin Torosqyuğ kəndinin "Yereknuk" istirahət zonasında Ermənistanın 10 vilayətinin, İrəvanın, Cavaxetiyanın və Qarabağın 16-18 yaşlı, ilkin hərbi çağırış yaşında olan 40 gənci üçün “Döyüş qabiliyyətli gənc - güclü ordu” adlı çadır düşərgəsi təşkil edib. 7 günlük düşərgədə erməni gənclərə hərbi biliklər, erməni tarixi ilə bağlı qondarma məlumatlar təbliğ edilib. Düşərgənin sonunda erməni gənclər Ermənistanın Qarabağda yerəşdirdiyi qanunsuz “hərbi birləşmə”nin hərbi hissələrində olublar.



Düşərgə kurslarının mövzuları: Hərbi xidmətin əsas mahiyyəti, hərbi qulluqçuların təlim-tərbiyə prosesinin xüsusiyyətləri, xüsusi kollektiv növü olaraq hərbi kollektiv və onun xüsusiyyətləri, hərbi nizam-intizamın gücləndirilməsinin əsas metodları, konfliktlərin növləri və hərbi kollektivlərdə onların qarşısının alınması, aradan qaldırılması formaları, özünümüdafiənin qarantı olaraq döyüş sənətinə sahib olma və s.

Proqram Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib.

Düşərgələrdə Aprel döyüşlərində iştirak edən erməni döyüşçülər, eləcə də bu döyüşlər zamanı məhv edilən erməni əsglərin yaxınları qatılır, məktəbli və tələbələrə bu döyüşlər haqqında təbliğat aşılanırdı.

Faktlardan göründüyü kimi, Ermənistan hələ dünyagörüşləri tam formalaşmayan məktəbli və universitet tələbələri arasında təbliğat aparır və işğal siyasətini onların düşüncəsində qanuni olduğu fikrini formalaşdırır.

Onu da qeyd edək ki, aşağı yaşlı məktəblilərin hərbi hissələrə aparılması, hərbi fəaliyyətlərə cəlb edilməsi beynəlxalq konvensiyalarla qadağan edilib. 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyırlar.

Mənbələr

https://azvision.az/redirect.php?url=http://gegharkunik.mtad.am/news/item/2015/06/02/ekm/
https://www.7or.am/am/news/view/2694/
https://www.armtimes.com/hy/article/52373
https://razm.info/12371
https://azvision.az/redirect.php?url=http://ysu.am/calendar/hy/1465485729
www.5tv.am
https://azvision.az/redirect.php?url=http://artsakhtimes.am
https://azvision.az/redirect.php?url=http://asbarez.com
https://hkdepo.am
https://arcakh24.info
https://azvision.az/redirect.php?url=http://ysu.am/sc/hy/1500898050
(ordu.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam