Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanlıların qatilinin intiharı-“Tesak” ləqəbli vəhşi...

 


Çelyabinskdəki cəza çəkdiyi həbsxanada intihar edən 36 yaşlı Maksim Marçinkeviç haqda yeni ilginc materiallar yayılıb. Daha çox “Tesak”(çapacaq) ayaması ilə tanınan Maksim qeyri-slavyanlara vəhşi münasibəti ilə ad çıxarmışdı. 

Yenixeber.org: Məhz bu ad illərlə Rusiyada yaşayan qeyri-slavyanları qorxu altında saxlayıb. Onu millətçi baxışları ilə seçilən “başıqırxıq”lar-skinhedlərlə müqayisə etmək olmaz. Doğrudur, Marçinkeviç bir neçə dəfə millətlərarası münasibətlərin qızışdırılması görə məhkum olunmuşdu. Amma özü kimi düşünən xəstə təfəkkürlü qaniçən sürüyə(adam sözü yerinə düşmür) başçılıq edən Maksim insanlıqdan çıxmaq üçün necə deyərlər, maksimum olan hər şeyi etmişdi.

Onun intihar ərəfəsi etdiyi etiraflar, 2003-2007-ci illərdə bu manyak xislətli caninin(və dəstəsinin) öldürdüyü qeyri-slavyan millətindən olan neçə-neçə günahsız qurbanın çürümüş bədənlərini üzə çıxaracaq. Əlbəttə, Rusiya İstintaq Komitəsi indiyədək itkin düşmüş şəxslərin siyahısını bir daha nəzərdən keçirsə... Ehtimal ki, o sirli məzarlarlıqlarda qəssab “Tesak”ın qənim kəsildiyi azərbaycanlıların da sümükləri tapılacaq.

Bir neçə millətin qarışığından dünyaya gələn bu məxluqun Rusiyadakı qeyri-rus millətlərə düşmən münasibətinin kökü də yəqin ki, bu qarışıq hüceyrələrdən yaranması olmuşdu.

Rusiyanın İstintaq Komitəsinin(RİK) rəsmi nümayəndəsi Svetlana Petrenkonun kp.ru-ya müsahibəsi də onun cinayətləri haqqındadır. 

RİK rəsmisi deyib ki, intihar hadisəsi sentyabrın 16-na keçən gecə baş verib. “Tesak”ın cəsədi səhər saat 8-də saxlanıldığı kamerada tapılıb.

Onun intihar öncəsi yazdığı bir neçə məktub da var. "Onsuz da açılmışam(etiraflarını nəzərdə tutur) və ölmək heç də qorxulu deyil ...".

Onun intihar öncəsi yazdığı qeydlər kamerasından tapılıb. Məktublardan birini o, vətəndaş nikahında olduğu arvadına yazıb. Arvadına yazdığı məktubda bundan sonra yaşamağın mənasını görmədiyini qeyd edib.

 

İntiharın necə gerçəkləşməsinə gəlincə, RİK rəsmisi deyib ki, müstəntiqlər təcridxana işçilərinin hərəkətlərinə hüquqi qiymət verməli olacaqlar.

Onun kənar müdaxilə olub-olmadan intihar etməsinə gəlincə, RİK rəsmisi “öz canına qıymaq üçün çox ciddi motivi var idi” deyib. Qeyd edək ki, “Tesak” 2018-ci ilin dekabrında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. “10 illik həbs cəzası almış “Tesak” bir müddət sonra şərti azadlığa buraxılmağa ümid edirdi. Ancaq vəziyyət dəyişdi” deyə, Svetlana Petrenko bildirib.

 

Onun sözlərinə görə, 2007-ci ildə iki qeyri-slavyanın öldürülməsinin əks olunduğu videoya görə cinayət işinin ibtidai istintaqı sübutlar olmadığı üçün dayandırılmışdı. Amma Krasnoyarsk həbsxasında cəza çəkən millətçi məhkumlardan biri “Teska”nın həmin qətllərdə iştirakı ilə bağlı ifadə verib. Bu məlumat yoxlanılarkən isə onun qətllərdə iştirakı həqiqətən də təsdiqlənib. Onun özü də cinayəti etiraf edib və öldürülənlərin cəsədlərinin yerini göstərməyə hazır olduğunu deyib. Məhz bu səbəbdən də məlumatları təsdiqləmək, qurbanların dəfn olunduğu yeri tapmaq üçün bir müddət əvvəl onun Moskvaya etap ediblər.

Dindirmələr zamanı “Teska”nın etirafları da dəhşət doğurub. O deyib ki, Moskvaya gələn yad millətdən olanları 19 yaşından öldürməyə başlayıb. Müstəntiqlərə ifadəsində o törətdiyi qətllərə görə peşman olduğunu da deyib. Bu səbəbdən də yalnız 2007-ci il qətlindən deyil, iştirak etdiyi digər cinayətlərdən də danışmağa qərar verib, qurbanların dəfn olunduğu yeri təsvir edib. Bu məlumatlara əsasən, müstəntiqlər həmin ərazidə cinayət qurbanlarının qalıqlarını tapıblar.

“Tesak”ın azərbaycanlılara nifrəti ilə bağlı lent.az saytı da maraqlı faktlar yazıb. Bildirilir ki, orduya çağırılan Maksim onunla birgə hərbi xidmətdə olan azərbaycanlını vəhşicəsinə döyüb və bundan sonra psixi pozuntuların olması səbəbindən tərxis olunub. Proqramların birində isə Marçinkeviç Moskvada yaşayan Azərbaycan kökənli yazıçı Eduard Bağırovla mübahisə edib və mübahisə əlbəyaxa dava ilə bitib.“Tesak” sonradan Eduardın evinə soxulub və onu döyüb, təhqir edərək, videolentə alıb. Məhkəmənin hökmü ilə Marçinkeviç 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu rəhbərlik etdiyi milliyyətçi təşkilatın qurbanlarından biri də Zaur Alışov olub. Bu təşkilata daxil olan bir qrup milliyyətçi quduz 2017-ci ildə həmyerlimiz Zaur Alışova hücum edərək, onu vəhşicəsinə qətlə yetiriblər.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam