Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“DÖVLƏT BİLİR!” -“Putinlə Ərdoğan yenə hakimiyyətdə qalacaqlar...”

 

Hazırda Avropa və Asiyanın qovuşma sərhədləri boyunca və eləcə də Aralıq dənizinin şərq hissəsində geostrateji mövqelər uğrunda ciddi mübarizə gedir.

Yenixeber.org: Bu regionda böyük güclər tərəfindən istifadə edilən Yunanıstan, Ermənistan və sair bu kimi kiçik və ələbaxım dövlətlərin ortalığa salınmasına tarixdə hər zaman rast gəlinib. Sözügedən geostrateji məkana tarixi nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, buralar son 300 ildir iki böyük qüvvə - Osmanlı ilə Rusiya imperiyalarının maraq dairəsi uğrundakı mücadilə meydanı olub. Və uzun müddət ərzində Qərb dünyası bu qarşıdurmadan öz xeyrinə çox məharətlə istifadə edib.

İndi ilk baxışda elə görünə bilər ki, köhnə geosiyasi çəkişmənin yeni dövrü başlayır. Amma keçmişin acı təcrübəsini yaşamış Rusiya və Türkiyə əski səhvləri təkrarlamamaq üçün ehtiyatlı və daha tədbirli davranırlar. Əgər onlar öz potensial imkanları ilə maraqlarının sərhədələrini düzgün uzlaşdırsalar, bundan hər iki tərəf qazanclı çıxar.

Türkiyənin “Milliyet” qəzetinin yazarı Güneli Cıvaoğlunun “Dövlət bilir” başlıqlı məqaləsində bu məsələnin praktik tərəflərinə toxunulur. Həmin məqaləni qısa ixtisarla diqqətinizə çatdırırıq: “Dövlətlər arasında münasibətlər barəsində bir mühüm soz var: ”İnsanlar bir-birilərinin niyyətini bilməsələr də, dövlətlər bilir”. Ona görə də dövlətlərin atdıqları addımların hansı məna daşıdığını NATO kimi beynəlxalq təşkilatlar, dövlət institutları bilirlər. Əgər dövlətin məmurları səriştəsiz, institutlarının yaddaşı təhrif olunmayıbsa və zəhərlənməyibsə, onda bu sözün qiyməti daha da yüksəlir.

Uzun illərdir ki, beynəlxalq arenada yer tutan liderlər və siyasətçilərin də bu cür “oyunduyma” qabiliyyətinə diqqət çəkmələrini istərdim.

Nəhayət, xüsusilə qeyd etmək lazımdır ki, rəhbərlik etdiyi ölkənin potensialını düzgün dəyərləndirən, bunu zəka və təcrübəsilə optimal səviyyədə saxlamaq bacarığına malik olan liderlərin ustalığı və müdrikliyi xarici siyasətdə mühüm amildir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin telefon danışıqlarına bu faktorlar prizmasından baxmaq lazımdır. Liderlərdən biri ölkəsini 18, digəri isə 19 ildir ki, idarə edir. Belə görünür ki, onlar yenə də hakimiyyətdə qalacaqlar. Təcrübələri sayəsində hər iki lider anlayır ki, iki ölkənin bir-biriylə toqquşmasının ağır nəticələri ola bilər. Daxili siyasət səbəbindən müxtəlif avantüralara getməyin mənasız olması da bəllidir.

Gəlin ümumi mənzərəni təsvir edək:

1. NATO-nun Balkanlarda, Qara dənizdə, Qafqazda və Şərqi Avropada genişlənmə siyasəti nəinki Rusiyanı, həmçinin Türkiyəni də əhatəyə almağa hədəflənib. Ermənistanın Azərbayacana qarşı hərəkətə gətirilməsinə də bu kontekstdən yanaşmaq lazımdır. 12 iyulda ermənilərin ağır silahlarla hücum etdiyi Tovuz ərazisindən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, həmçinin TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz qaz kəməri keçir. Bütün bunların hamısı Türkiyə və Azərbaycanın müştərək layihələridir. Hücuma keçən Ermənistanın arxasında ABŞ, erməni diasporu dayanıb. Bəs, daha arxada nə dayanır?

2. ABŞ Yunanıstanda, Krit və digər adalarda, Cənubi Kiprdə hərbi bazalar qurur. Beləliklə, Amerika bir tərəfdən Suriyada baza quraraq Aralıq dənizində yerləşən Rusiyaya qarşı havadan və dənizdən təzyiq göstərir, digər yandan isə Türkiyəni təhdid edir: ”Hərbi bazalarımı sənin ərazilərinə doğru sürüşdürürəm!...”

3. Suriyadakı su və neftlə zəngin torpaqlarda PKK/PYD-nin dayaq nöqtələri yaratmasının arxasında ABŞ və Qərb dayanır. Rusiya və Türkiyə müxtəlif səpgidə çıxış etsələr də, amma Suriyanın torpaq bütövlüyünün qorunması siyasətini yürüdürlər.

4. ABŞ-ın dəstəyi ilə Şərqi Aralıq dənizinin Cənubi Kipr, Livan, Misir, Suriya, İsrail arasında bölüşdürülməsi ssenarisi Rusiya və Türkiyənin maraqlarına ziddir.

5. Ortalıqda ABŞ-ın Liviyadakı enerji resurslarını zəbt etmək məqsədilə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə göstərdiyi dəstək və Rusiyanın “Vaqner” özəl hərbi qruplaşmasının general Həftərin yanında döyüşməsi kimi bir vəziyyət var. Türkiyə və Rusiya Liviyada bir-birinə qarşıdırmı? Deyəsən, bu mənzərə dəyişir. “Vaqner” döyüşçüləri buradakı döyüşlərdən çəkilirlər. Əl-Vatiyyə bazasının bombalanması kimi əsas hücumlar isə amerikalıların piyada fiqurları (Fars körfəzi ölkələri) tərəfindən həyata keçirilir.

6. Rusiya Türkiyəyə “S-400” Hava Hücumundan Müdafiə sistemləri sataraq NATO-nun içində bir dəlik açdı. ”S-400” sistemləri səssizcə hazır vəziyyətə gətirildi, amma döyüş mövqeyinə çıxarılmadı. Hələlik ABŞ elə səviyyədə təzyiq göstərmir ki, Türkiyə “S-400” sistemini döyüş mövqeyinə gətirsin.

Əgər onlar radalara yaxalanmayan “F-35” qırıcılarını Yunanıstana verərsə, onda “S-400” raketlərinin ikinci partiyasının Türkiyəyə satılmasının və bu sistemlərin müştərək istehsalının yolu açılacaq. Başqa tərəfdən isə Türkiyə “F-35” qırıcılarının Rusiya analoqunu almaq məcburiyyətində qalacaq. Beləliklə də NATO-nun cənubi-şərq qanadı Rusiyanın xeyrinə dağılacaq.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam