Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cavid Qurbanovun Azərbaycan üçün yaratdığı daha bir problem:Xarici şirkətə kələk gəliblər

 

 Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” QSC xarici şirkətə kələk gəldiyi üçün məhkəməyə verilib.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, Çexiyanın “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-dən 650 min dollar tələb edir. Səbəb isə Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət şirkətinin imzaladığı müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.

Məlumata görə, Cavid Qurbanov məhkəmədə uduzacağını və Çexiya şirkətinin tələb etdiyi məbləği ödəmək məcburiyyətində qalacağını bildiyi üçün prosesi uzatmağa çalışır.

Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Cavid Qurbanovun rəhbərlik etdiyi QSC-nin xarici şirkətlərlə yaşadığı problemlər hakimiyyəti də narahat etməlidir. Çünki xarici investisiyaların ölkəyə cəlbində ən böyük amillərdən biri də dövlət şirkətlərinin öhdəliklərinə nə dərəcədə əməl etməsi ilə bağlıdır. Şübhəsiz ki, Çexiya şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında yaşanan qalmaqal xarici mediaya da çıxacaq. Onda Cavid Qurbanovun Azərbaycanın imicinə vurduğu zərbələri təsəvvür etmək çətin olmaz…(aztoday)

Orxan Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam