Yeni bilik iqtisadiyyatına keçid davamlı iqtisadi inkişafı və cəmiyyətin rifahını təmin etməyə imkan verəcək
Yenixeber.org: Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi üçün zəruri struktur islahatlarının aparılması,müvafiq qanunvericilik bazasının və texniki infrastrukturun formalaşdırılması, əlverişli investisiya mühitinin yaradılması son illərin ən böyük uğurlarındandır.Hazırda əsas məqsəd Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün qəbul olunmuş “Milli Strategiya”nın da hədəfi kimi informasiyalaşdırmanın, informasiya iqtisadiyyatının formalaşdırılmasını, yeni e-xidmətlərin dünya bazarına inteqrasiyasını, rəqəmsal iqtisadiyyatı inkişaf etdirilməsidir. Həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında davamlı iqtisadi inkişafın təmin edilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmizdə İKT sektorunda sürətli və dayanıqlı inkişafa nail olunmuşdur. O cümlədən bütün ölkə üzrə yüksək keyfiyyətli İnternet və mobil rabitə infrastrukturu formalaşdırılmış, vətəndaşların informasiya hüquqları təmin edilmiş, paytaxtla bölgələr arasında rəqəmsal fərqlər aradan qaldırılmış, e-hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş sektorları formalaşdırılmışdır.
Məlum olduğu kimi son illər bütün dünya özünün inkişafında bilik iqtisadiyyatna söykənən yeni fazaya – innovasiya mərhələsinə daxil olub. Təsadüfi deyil ki,biliklər özünü bilavasitə istehsal qüvvəsi şəklində göstərir. Buna görə də dünyanın qabaqçıl ölkələri müasir iqtisadiyyat növünün – bilik iqtisadiyyatının formalaşması və inkişaf etməsi problemlərini diqqət mərkəzində saxlayır. Çünki məhz yeni iqtisadiyyata keçid davamlı iqtisadi inkişafı və cəmiyyətin rifahını təmin etməyə imkan verəcək. İnkişafının yeni dövrünü yaşayan Azərbaycanda da bilik iqtisadiyyatına keçid məsələsi böyük əhəmiyyət daşıyır və geniş səviyyədə ciddi müzakirələr aparılır.
Bəs Azərbaycanda bilik iqtisadiyyatının formalaşması istiqamətində həyata keçirilmiş və görülməsi vacib olan əsas işlər hansılardır? Mövzunun aktuallığını nəzərə alan İnformasiya,Kommunikasiya Texnologiyaları və İnternet məsələləri üzrə ekspert Əflatun Məmmədov Aktualinfo.org-a açıqlamasında bildirdi ki,qlobal iqtisadiyyatda yaşanan silkələnmələrdən də göründüyü kimi, koronovirus pandemiyasının geniş yayılması və yaşadığımız 2020-ci il dünyada iqtisadi tənəzzül və dərin böhran ili kimi uzun müddət yaddaşlardan silinməyəcək.
Belə bir şəraitdə, hələ 20 il bundan öncə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “ neft və qeyri neft sektorunun inkişaf strategiyası “Azərbaycanda sosial- iqtsadi inkişafın əsaslarını yaradaraq iqtisadi sektorun gələcək prespektivləri də nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının qarşısında başlıca vəzifə olaraq qoymuşdur.Bu günə qədər görülmüş işlərin davamı olaraq,daha nə kimi addımlar atılmalıdır?
Belə ki, bu istiqamətdə innovativ texnologiyaların geniş tədbiqi ilə iqtisadiyyatın yeni modelləri işlənilməli və rəqəmsal iqtisadiyyata keçid prioritet elan olunmalıdır.Eyni zamanda, makro- iqtisadi və siyasi sabitlik kimi amillər əsas götürülməli və digər ölkələrdən fərqli olaraq Azərbaycan dövləti tərəfindən,qlobal maliyyə-iqtisadi böhrana qarşı öz daxili imkan və resurslarına hesablanan unikal yol seçilməlidir. Bu yol, rəqəmsal iqtisadiyyatı formalaşdırmalı və onun əsas struktur elementlərinə söykənməlidir.Eyni zamanda, innovativ texnologiyaların geniş tədbiqi ilə böhrana daha az həssas olan sahələr müəyyənləşdirilməlidir.Burada, həmçinin, düşünülmüş və əlaqələndirilmiş makro- qtisadi, büdcə-maliyyə-vergi və eləcə də struktur islahatlarının həyata keçirilməsi zəruridir.
Eyni zamanda, Azərbaycan respublikası üçün belə bir yolun seçilməsi, əksər dünya ölkələrindən fərqli olaraq beynəlxalq maliyyə qurumlarına əl açaraq yardım üçün müraciət etmədən, sahibkarlığı, müəssisə və təşkilatları, o cümlədən bank- maliyyə sektorunu da stimullaşdıraraq pandemiya böhranının mənfi təsirini minimum səviyyəyə endirməyi hədəfləyəcəkdi.Bununla da, dünyada davam edən dərin maliyyə- iqtisadi böhran şəraitində ölkə iqtisadiyyatına dəyən zərərlərin qarşısının alınması, onun minumuma endirilməsi, innovativ infrastrukturların daha da inkişaf etdirilməsi və həmçinin qeyri neft sektorunun prioritetlər sırasında önə çəkilməsi də nəzərə alınmalıdır..
Digər tərəfdən, biznes mühitinin sağlamlaşdırılması, xarici investorların iqtisadiyyata cəlb edilməsi, sahibkarlıq fəaliyyətinin daha da təşfiq edilməsi, o cümlədən texnoloji innovasiya yönlü mütərəqqi təcrübələrin tədbiqi əsas diqqət mərkəzində olmalıdır.Eyni zamanda, sahibkatlığa və işgüzar mühitə maneə olan neqativ amillərə qarşı və həmçinin korrupsiya risklərinin azaldılması üzərində ciddi tıdbirlər və səmərəli mexanizmlər analitik təhlil olunaraq qanunauyğun addımlar atılmalıdır. Bununla da, bu köklü addımların atılması, respublkamızda müasir tələblərə cavab verən yüksək rəqabətli rəqəmsal iqtisadiyyatın transformasiyası və onun inkişaf etdirilməsi əsas prioritetlərdən hesab olunmalıdır.
Nəticədə, bəhs etdiyimiz rəqəmsal trasformasiya siyasəti,cənab Prezitent İlham Əliyevin apardığı innovativ texnoligiyalara söykənən rəqəmsal iqtisadiyyata keçid strategiyasına uyğun olaraq Azərbaycanın zəngin neft qaz resurslarını insan kapitalına çevirmək və ölkədə biliklərə söykənən iqtisadiyyata və müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan qeyri neft sektorunun inkişafına da geniş platformada zəmin yaratmış olacaqdır.
Beləliklə, biliklərə söykənən iqtisadiyyat da öz növbəsində bilik iqtisadiyyatını formalaşdıracaq və bununla da rəqəmsal transformasiyada intellektual idarəetmənin əsası qoyulmuş olacaq.Rəqəmsal iqtisadiyyatın təməlini təşkil edən biliklərə söykənən iqtisadiyyat və bu iqtisadiyyatın intellektual idarə olunması nədir, necə təşkil və tədbiq olunur ?…(aktualinfo.org)
Ardı var