Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Elman Rüstəmov tələsib“

 

"Xeberinfo.com":  Məlumata görə, Virtualaz.org saytı Bakıda yaşanan dollar ajiotajına iqtisadçı-ekspertin münasibətini öyrənib

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bu məsələdə tələskənlik olub: 
“Mərkəzi Bankın sədri Elman Rüstəmov manatı devalvasiya (ucuzlaşma) gösləyəcəyini əvvəlcədən bəyan etməklə bir qədər tələsdi”.
Bununla belə V.Əhmədov əlavə edib ki, manatın kursunun süni şəkildə sabit saxlanması ölkənin büdcəsinə doğrudan da mənfi təsir göstərirdi: “Təsəvvür edin ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün təkcə bu ilin əvvəlində 1,5-2 milyard dollar xərcləyib. Daha belə davam edə bilməzdi. Çünki Mərkəzi Bankın da ehtiyatları sonsuz deyil”.
V.Əhmədov bununla belə əmindir ki, manatın kursunun düşəcəyi barədə açıqlama verərkən daha ehtiyatlı olmaq lazım idi: “Bu siyasəti daha yumşaq aparmaq lazım idi ki, əhali arasında ajiotaj yaranmasın”.
V.Əhmədov manatın kursunun kəskin düşəcəyi təqdirdə bunun əhalinin alıcılıq qabiliyyətinə kəskin mənfi təsir göstərəcəyi təhlükəsi barədə deyilənlərlə razılaşmır: “Dolların kursunun yaxın zamanlarda, ən azı yaya qədər manata nisbətən sıçrayışlı şəkildə yüksələcəyini zənn etmirəm. Hər şey tədricən baş verəcək. Ola bilsin ki, dollar 2-5 qəpik arasında bahalaşacaq. Amma bundan artıq heç nə olmayacaq”.
İqtisadçı-alim bugünkü ajiotaja da təmkinlə yanaşmağın tərəfdarıdır. O deyir ki, əhali valyutadəyişmə məntəqələrini hələ yanvardan başlayaraq “təmizləyir”, manatı dollar və avroya dəyişir: “Maliyyə ilə bağlı xəbərlər yayılanda belə şeylər təkcə Azərbaycanda yox, hər yerdə olur. Bu ajiotaj bilirsinizmi nəyə gətirib çıxara bilər? Manatı dollara dəyişmək üçün hamı banklara və valyutadəyişmə məntəqələrinə axışsa, bilirsinizmi nə baş verər? Təbii ki, nəticəsi yaxşı olmaz. Ona görə də Mərkəzi Bank rəhbərliyi öz bəyanatlarında bir qədər ehtiyatlı və tədbirli olmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam