Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

İsveçrə Mərkəzi Bankı -ötən rüb rekord həddə zərər edib

İsveçrə Mərkəzi Bankı (SNB) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qlobal maliyyə bazarlarındakı çöküş fonunda, fəaliyyət göstərdiyi 1907-ci ildən bəri ən yüksək rüblük zərərini qeydə alıb.

Yenixeber.org: Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Məlumata görə, Bank ötən rüb 38,2 milyard İsveçrə frankı (təxminən 39 milyard ABŞ dolları) zərər edib. Bu məbləğ daha da böyük ola bilərdi, lakin SNB-nin qızıla yatırdığı təxminən 2,8 milyard frank investisiyalar onun zərərinin qismən kompensasiya edib (maliyyə bazarlarında yaranmış çaxnaşmalar hesabına sözügedən qiymətli metal bahalaşıb).  

"Bankın portfelinin qlobal bazarlardan əhəmiyyətli dərəcədə asılı olmasını nəzərə alsaq, SNB-nin itkiləri gözlənilməz deyildi", deyə “Credit Suisse” analitik şirkətinin iqtisadçısı Maksim Botteron bildirib.

Ekspertin qiymətləndirməsinə əsasən, SNB mart ayında xarici valyutanın alınmasına 27 milyard frank vəsait xərcləyib ki, bu da 2015-ci ilin yanvarından bəri ən yüksək göstəricidir. O zaman tənzimləyici qurum frankın avroya qarşı yuxarı tavanını ləğv edib və bundan sonra, frankın bahalaşmasını dayandırmaq üçün valyuta bazarında güclü müdaxilələrə əl atmaq məcburiyyətində qalıb.

Cari ildə SNB müdaxilələrinə baxmayaraq frank stabil olaraq möhkəmlənməkdə davam edir. Baxmayaraq ki, böhran şəraitində İsveçrənin milli valyutasında aktivlərə böyük tələbat mövcuddur.

M.Botteronun qiymətləndirməsinə əsasən, SNB yanvar-mart aylarında valyuta intervensiyalarına ÜDM-in təxminən 5,6% -nə bərabər bir məbləğ xərcləyib.

Hazırda 1 avronun məzənnəsi 1,0526 İsveçrə frankı səviyyəsindədir. Bu ilin əvvəlindən frank 3%-dən çox bahalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam