Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Koronavirusa görə işgüzar səfərləri ləğv edirlər”- AzTA sədri

 
“Yanvar-fevral ayı turizm sahəsi üçün o qədər də aktual aylar deyil, yüksək təlabat olmur. Bu aylar həm Azərbaycandan gedən, həm ölkəyə gələn turistlər üçün “ölü aylar” sayılır”
Yenixeber.org:  Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, koronavirusun turizmə iqtisadi təsiri hələlik hiss olunmur.

“Koronavirusun Azərbaycan turizminə təsirini Novruz bayramı ərəfəsində biləcəyik. Bu, İrandan gələn turistlərin sayında hiss olunacaq. Başqa ölkələrdən gələn turistlərdən qlobal səviyyədə rezervasiyalarını ləğv edənlər hələ yoxdur. Yerli turistlərin də xaricə səfərlərindən böyük maştabda imtina etməsi baş verməyib. Azərbaycanlılar əsasən Türkiyə və Dubaya istirahət üçün gedirlər, bu ölkələrdə də koronavirusla bağlı problem yoxdur”.

N.Bağırov, həmçinin bildirib ki, koronavirus yalnız Azərbaycana deyil, dünya turizmi üçün böyük zərbədir. “Dünyada turizmi ilə tanınmış ölkələrin hər birinə ziyan dəyəcək. Bu gün insanlar evlərindən, ölkələrindən çıxmaq istəmirlər, yoluxmadan qorxurlar. İnsanlar artıq işlə bağlı səfərlərini də ləğv edirlər. Biz Azərbaycan vətəndaşlarına müraciət edirik ki, işgüzar səfərlərini müəyyən müddətə təxirə salsınlar, xüsusilə epidemiya yayılan ölkələrə getməkdən çəkinsinlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam