Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıtın nəqliyyat sistemində -pulsuz Wi-Fi xidməti istifadəyə verilib

 

 

Sumqayıt şəhərində ictimai nəqliyyatda olan avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub. 

Yenixeber.org:  Bu barədə  Sumqayıt şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.

Pulsuz Wi-Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacağı qeyd edilir.

“Bununla yanaşı avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.

Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Yeni yollar salınır, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir. Son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 206 müasir tələblərə cavab verən avtobuslar verilib”, - deyə qurumdan bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam