Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səfər Mehdiyev: “Zərgərlik sahəsini yüksək vergilərlə tənzimləmək mümkün deyil”

 

“Azərbaycanda zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik”.

Yenixeber.org: Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Bu gün bu sahədə idxal, yerli istehsal və ixrac əməliyyatlarımızın potensialının yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə biləcək halda deyilik. “Kölgə iqtisadiyyatı” ilə mübarizəni vahid komanda şəklində aparsaq, qanuni fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, bu sahədə vəziyyət ürək açan deyil. Bu sahədə yüksək vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə zərgərlik sahəsini tənzimləmək mümkün deyil. Zərgərlik sahəsinin tənzimləməyin yolu gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla bağlı birgə mübarizə aparmaq və sahibkarlara münbit şərait yaratmaqdadır. Dövlət və özəl sektor birgə tədbir görməsə, bu sahədə verginin azaldılmasından və artırılmasından asılı olmayaraq bazarın inkişaf etdirilməsi mümkün deyil. Qanunvericilikdə olan problemləri bilirik. Bu gün idxal əməliyyatları üzrə vergi və rüsümların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yoluna üstünlük verməsinə şərait yaradır. Bu isə bizim mübarizəmizi çətinləşdirir”, - o qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam