Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

1 km yola-778 min manat xərclənəcək

1 km yola 778 min manat xərclənəcək

“Bakı-Sumqayıt yolunda başlanmış yenidənqurma işlərinin may ayında tamamlanması planlaşdırılır”. 

 

Yenixeber.org: Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Bildirib ki, həmin yolda olan sıxlıq nəzərə alınaraq yolun genişləndirilməsi planlaşdırılıb:

“Bakı şəhərindən Sumqayıta qədər olan yol tikilən zaman hesablanmış hərəkət sayı 7-10 min avtomobildir. Lakin son dövrlərdə bu yolda gediş-gəliş artmış və gün ərzində Bakıdan Sumqayıta 12-14 min, Sumqayıtdan Bakıya isə 8-10 min avtomobil hərəkəti tənzimlənir. Artıq 2019-cu ilin dekabrından işlərə başlanılıb, Xırdalan dairəsi adlanan ərazidə 2 yeraltı tunelin tikintisinə başlanılıb, eləcə də, 20 Yanvarda bir neçə yolun ayrılması ilə bağlı layihələrə baxılıb. Yəqin ki, may ayının sonuna kimi bu işlərin tamamlanması nəzərdə tutulur. İqlim şəraiti imkan versə, biz sözümüzə əməl edəcəyik. Yolun genişləndirilməsi işinə başlanılanda bütün qurumlarla razılıq əldə olunub.

7-8 km-lik ərazidə genişləndirmə aparılacaq. Əgər qiymətlərdə hər hansı bir dəyişiklik olmasa, hazırda 1 km yolun tikintisi üçün 778 min manat nəzərdə tutulur və həmin yolda da qiymətlər bu rəqəmə əsasən nəzərə alınacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam