Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İrgiz” təchizat-yedək gəmisi -əsaslı təmir olunub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “İrgiz” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. 

Yenixeber.org: Məlumata görə, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Gəminin baş və köməkçi sükan qurğusu, mühərrikləri, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar və boru sistemləri təmir olunub.

Eyni zamanda lazımi elektrik avadanlıqlarının, əsas və qəza işıqlandırma sistemlərinin zəruri yoxlama və təmir işləri həyata keçirilib. Maşın-qazan şöbəsi, köməkçi sükan qurğusu şöbəsində döşəməaltı sahələr təmizlənib-yuyulub, mexanizmlər və içməli su çənləri təmizlənib rənglənib. Yaşayış otaqları, dəhliz, yeməkxana və kapitan körpüsndə də zəruri təmir işləri yerinə yetirilib.

Tərsanə təmiri müddətində gəminin lövbər zəncirlərinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib.

 

Qeyd edək ki, gəmi dəniz sınağından uğurla keçib. Daha sonra Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib və istismara qaytarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam