Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir:TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir

Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir.

Yenixeber.org: Bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz Trans-Anadolu boru kəmərinin ikinci sahəsinin (Mərhələ-2) açılışı münasibətilə deyib.

Nazir bildirib: "Bu layihə Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu layihə enerji sahəsində "ipək yolu" olmaqla Türkiyəni regionun enerji habına çevirir".

F.Dönməz əlavə edib ki, TANAP enerji sahəsində başqa layihələrə də müsbət təsir edəcək və Türkiyə başqa ölkələrlə birgə layihələrin reallaşdırılmasının tərəfdarıdır.

TANAP-ın "Türk axını" ilə rəqabət aparması imkanlarına gəlincə, nazir vurğulayıb ki, bu iki layihə rəqib deyil, bir-birini tamamlayır.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam