Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Azəristiliktəchizat”: Optimal nöqtəyə qədər tariflər artırılmalıdır

“Gələcəkdə Azərbaycanda əhalinin istilik xidmətinə görə ödədiyi haqlar şaxələndirilə bilər”. 

Yenixeber.org: Bunu açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandakı istilik tarifləri MDB ölkələri arasında ən aşağıdır: "Əslində ərazidən asılı olaraq fərqli tariflər tətbiq olunmalıdır. Bu gün Azərbaycanda əhalinin istiliklə təmin olunması üçün xidmət haqqı hər kvadratmetr üçün 15 qəpik nəzərdə tutulub. Bu isə maya dəyərindən 6-10 dəfə azdır. Əgər başqa ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycanda bu sahədə tariflər çox aşağıdır. Belə ki, bizdə 0,09 dollar olduğu halda, Rusiyada ortalama 0,75 dollar, o cümlədən Moskva vilayətində 0,97 dollar, Qazaxıstanda 0,36 dollar, o cümlədən Almatıda 0,59 dollar, Belarusda güzəştsiz 1,24 dollar, güzəştli isə 0,21 dollar, Qırğızıstanın paytaxtı Bişkekdə 0,68 dollar, Ukraynanın paytaxtı Kiyevdə isə 1,23 dollardır. Mərhələli şəkildə xərclər aşağı salınmalı və tariflər artırılmalı, bu proses optimal nöqtəyə qədər davam etməlidir. Bundan sonra istilik xidməti bazarı liberallaşdırılmalı, bura özəl sektor da cəlb olunmalıdır”.

“Azəristiliktəchizat” rəsmisi onu da əlavə edib ki, Energetika Nazirliyi ilə birgə abunəçilərin istilik təchizatının yaxşılaşdırılması üzrə yeni qaydalar hazırlanıb: "Yeni qaydalarda bu sahəyə aid bütün məsələlər öz əksini tapıb. İndi həmin qaydaların hökumətdə təsdiqlənməsi prosesi gedir. Qaydalar üçün əsas sənəd “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” müəyyən edilib. Bu isə 2025-2030-cu illərə qədər işlərin davam etməsi deməkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam