Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BP:Dünyada neftə tələbat artacaq

“2040-cı ildə dünyaya 2017-ci illə müqayisədə 30% çox enerji resursu lazım olacaq”.

Yenixeber.org: Bunu BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov “BP-nin dünya enerjisinə dair statistik icmalı” və “BP-nin enerji perspektivinə baxışı-2040” nəşrlərinin təqdimatında deyib.

“Bunun səbəbi təbii ki, dünyada əhalinin sayının artması, paralel olaraq insanların məişət texnikasından istifadəsinin artması olacaq”, - o qeyd edib.

V.Drebentsovun sözlərinə görə, enerji resurslarının istifadənin artımı öz növbəsində enerji tullantılarının artımına səbəb olacaq ki, bu da cəmiyyət qarşısında yeni çağırışlar formalaşdırır: “Bu da enerji tullantılarının həcminin tam da olmasa, qismən azaldılması, bərpa olunan mənbələrdən enerji istehsalının artırılmasıdır. Bunun digər yolu kömür və ondan enerji istehsalının digər enerji mənbələri ilə əvəz edilməsidir”.

V. Drebentsov deyib ki, 2040-ci ilə qədər dünyada neftə tələbat da artacaq: “Bu artım isə əsasən Çin və Hindistanın hesabına olacaq. İnkişaf etmiş ölkələrdə isə neftin istehlakı azalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam