Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabunçu dəmir yolu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb - VİDEO

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində) eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.

Yenixeber.org:   Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb: "Hazırda kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək". 

N.Bayramova bildirdi ki, bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: "Bilirsiniz ki, bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı, avtomobillər xeyli müddət yolun açılmasını gözləməli olurdular. Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq".

Qeyd edək ki, yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan Bakıxanov istiqamətinə gedəcək.

"İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlarımıza məlumat veriləcək", - deyə N.Bayramova vurğuladı.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam