Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Benzin - idxal rüsumundan azad edilib

etil_benzin

Nazirlər Kabineti Azərbaycana gətirilən benzinləri müvəqqəti olaraq idxal rüsumundan azad edib.

Yenixeber.org:  Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

“Nazirlər Kabinetinin 1 setyabr 2019-cu il tarixli qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər 90 gün müddətinə idxal rüsumundan azad edilib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15%-i həcmində idxal rüsumuna cəlb edilib”, – hökumətin qərarında deyilir.

O cümlədən, hökumətin qərarı ilə tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

2018-ci ilin oktyabr ayında Azərbaycan hökuməti idxal olunan benzinə artıq analoji güzəştlər tətbiq edib. O zaman da güzəştlər 90 gün müddətinə qüvvədə olub.

Xəbər verildiyi kimi, SOCAR şirkəti (ARDNŞ) 2019-cun ilin oktyabr ayında Bakı Neft Emalı Zavodunu (BNEZ) təmirə dayandırmağı planlaşdırır.

BNEZ-in dayandırılması dövründə Aİ-92 avtomobil benzinin idxalı bu neft məhsuluna daxili tələbat və benzin ehtiyatlarından asılı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam