Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İqtisadçı-ekspert: "Fiziki şəxslərin sosial ödənişlər mexanizmi təkmilləşdirilməlidir"

Minimum əməkhaqqı və ona uyğun olaraq orta aylıq əməkhaqqının artırılması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi mexanizminin təkmilləşdirilməsi məsələsini bir daha gündəmə gətirir.

Yenixeber.org:  Bu fikirləri İctimai Televiziyanın "Diqqət Mərkəzi - Yekun" verilişində müxbirinin sualına cavabında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sosial paketlə yanaşı, sosial paketin fəlsəfəsinə uyğun olaraq bir sıra digər dəyişikliklərin də həyata keçirilməsinə ehtiyac var:

"Xüsusən də kiçik və orta sahibkarların, yəni VÖEN-i olan fiziki şəxslərin, sosial ödənişlərinin hesablanması qaydasının dəyişilməsi gündəmə gəlir. Minimum əməkhaqqı artırsa, təbii ki, fiziki şəxslərin daha çox sosial ödəniş həyata keçirməsi müşahidə olunacaq. Ona görə də, minimum əməkhaqqı ilə əlaqəni azaltmaq yaxud ləğv etməyə ehtiyac var ki, minimum əməkhaqqının artması digər kateqoriyalı vətəndaşlarımız və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşlarımız üçün əlavə xərc yaratmasın."

İqtisadçı-ekspert istehlak səbətinin yenidən baxılması və artırılması məsələsinə də toxundu.

"Eyni zamanda, yaşayış minimumuna və istehlak səbətinə yenidən baxılmasına və, təbii ki, artırılmasına da ehtiyac var. İstehlakın artımını nəzərə alsaq, səbətin tərkibindəki məhsulların payına yenidən baxılması, müasir tələblərə və çağırışlara uyğunlaşdırılması, həmçinin, istehlak səbətinə yeni xidmətlərin daxil edilməsini də zəruri edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam