Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SOCAR karotaj üzrə podratçı axtarışındadır

SOCAR karotaj üzrə podratçı axtarışındadır

SOCAR-ın Geofizika və Geologiya İdarəsi kəşfiyyat və istismar quyularında qazma vaxtı karotaj işlərinin satın alınması üzrə açıq müsabiqə elan edib.

Yenixeber.org:  SOCAR-dan verilən xəbərə görə, müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 20.05.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan və/ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 07.06.2019-ci il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Tender 5 lot üzrə keçirilir.

Müsabiqə təklifinin təminatı üzrə bank qarantiyasının etibarlılıq müddəti müsabiqə təklfləri zərflərinin açıldığı tarixdən sonra ən azı 40 bank günü olmalıdır. Müsabiqə təklifinin təminatı üzrə bank qarantiyası – I lot üzrə 5 min AZN, II lot üzrə 5 min AZN, III lot üzrə 5 min AZN, IV lot üzrə 10 min AZN və V lot üzrə 10 min AZN olmaq şərtilə, 07.06.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 10:20-ə qədər Satınalan təşkilata təqdim olunmalıdır. Əks halda iddiaçının müsabiqə təklifi olan zərf açılmadan geri qaytarılacaqdır.  .

Zərflərin açılışı 07.06.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da  baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam