Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda "Bitkoin" səfirliyi açılır

Azərbaycanda “Bitkoin” səfirliyi ("Bitcoin Embassy Azerbaijan") açılacaq.

Yenixeber.org: Məlumata görə, bunu layihə rəhbəri Səbinə Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair ADA Universiteti ilə danışıqlar aparılır.

"Layihənin nə zaman start veriləcəyi danışıqların nəticəsindən asılı olacaq. Layihənin icrası ilə bağlı həmçinin "Cisco" şirkəti ilə də danışıqlar aparılır. Qeyd edim ki, hazırda "Bitcoin Embassy" qonşu Gürcüstanda fəaliyyət göstərir. Bizim bu ölkədən olan tərəfdaşlarımızın təşəbbüsü ondan ibarətdir ki, Azərbaycanda da "Bitkoin" səfirliyi fəaliyyət göstərsin. Təklif "blockchain" sahəsi üzrə mütəxəssislər tərəfindən universitetin informasiya texnologiyaları fakültəsində təhsil alan tələbələrə blockchain mövzusunda tədrisin təşkil edilməsindən ibarətdir. "Bitcoin Embassy"nin fəaliyyəti həmçinin konfransların, görüşlərin, leksiyaların təşkili, eləcə də "blockchain" sahəsində fəaliyyət göstərən startaplara dəstək verilməsindən və təcrübə mübadiləsindən ibarət olacaq", - deyə S.Məmmədli qeyd edib.

Layihə rəhbəri onu da bildirib ki, Gürcüstanın "Bitkoin" səfirliyi ("Bitcoin Embassy Georgia") hazırda bu təşəbbüsü bir çox MDB ölkələrində həyata keçirir. ONA.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam