Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Neftin qiyməti 2040-cı ilə kimi...

2040-cı ilədək neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq.

Yenixeber.org: Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun ("Gas Exporting Countries Forum" - GECF) hesabatında deyilir. Bildirilir ki, 2022-ci ilə qədər neftin qiyməti ucuzlaşaraq 61 dollar/barrel olacaq. Bu tarixdən sonra isə "qara qızıl"ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş XVII iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. GECF 2001-ci ildə Tehranda yaradılıb, 2008-ci ildə isə Moskvada hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Dohada yerləşir.

Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var. GECF-ə üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, maye qaz (LNG) istehsalının isə 85 faizi cəmləşir.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam